Qaçış zamanı edilən səhvlər

Qaçış zamanı edilən səhvlər
Dieta - Fitnes
10.09.2017 27
1. İsinmə və soyuma hərəkətlərinə keçid

Hamımız idmançıları hoppanarkən, tullanarkən, çox yavaş qaçarkən və ya
qəribə hərəkətlər edərkən görə bilərik. Bunlar qaçışa başlamazdan əvvəl
etdikləri isinmə hərəkətləridir. Qaçışdan sonra edilən bənzər soyuma
məşqləri də isinmə hərəkətləri qədər əhəmiyyətlidir. Əgər soyuma
hərəkəti edilməsə, bu, əzələlərin ağrımasına səbəb olacaq. İdmana
başlayarkən isinmə hərəkətinin edilməməsi ən çox edilən xətadır və
saysız narahatlıqlara səbəb olar.



2. Çox uzaq məsafə

Bu səhv yeni idmançılar arasında ən məşhur olanıdır və səbəbini görmək
isə çox asandır. Daha çox məsafəni daha sürətli bir şəkildə qaçmaq
olduqca təbii bir hədəfdir, deyilmi? Amma bu məsafələri uzatmaq çox
zaman təhlükəlidir. Mütəxəsislər yaralanmalardan qaçınmaq üçün qaçma
məsafəsinin üzərinə ən çox 10%-i qədər məsafə əlavə olunması lazım
olduğunu söyləyir. Ən yaxşısı isə üç həftə boyunca 10% artırmaq,
dördüncü həftə isə yeniləmə həftəsi kimi düşünülərək azaltmaqdır.

Qaçış zamanı edilən səhvlər



3. Səhv ayaqqabı


Qadınlar qaçış üçün ümumiyyətlə bahalı, seksual, yaxşı görünüşlü,
cazibəli paltarlar geyinirlər. Lakin təəssüf ki, ucuz, ya da qaçış üçün
uyğun olmayan ayaqqabılar seçirlər. Qaçmaq bir idmandır, dəb nümayişi
deyil. Digər bütün idmanlar kimi doğru avadanlıq tələb edir. Ən
əhəmiyyətli avadanlıq isə paltara uyğun olub-olmadığına baxmadan bir cüt
yaxşı idman ayaqqabısını geyinməkdir.



4. Ağrıya əhəmiyyət verməmək

Yorğunluqdan qaynaqlanan ağrı ilə şiddətli ağrı arasında olduqca böyük
bir fərq vardır. Ağrı bədəninizin narahatlığı olduğunun ifadə
formasıdır. Şiddətli ağrı isə sizin dayanmağınızı istəyər. Bu ağrıya
əhəmiyyət verməmək yaralanmağınıza səbəb ola bilər. Ağrı mövzusunda
bədəninizə qulaq asın!



5. Səhv qidalanma

Qaçışa yeni başlayırsınızsa, qidalanmaya fikir verməlisiniz. Zamanla
təbii olaraq daha yaxşı yeməklər seçdiyinizin fərqində olacaqsınız və bu
sizin nəticələrinizin artmasına köməkçi olacaq. İdmançılar hərəkətsiz
həyat tərzinə sahib insanlardan daha çox qidaya ehtiyac duyarlar.
Süfrənizdə yağlı və hazır qidalar əvəzinə yumurta, balıq, lobya kimi
zülallar, kəpəkli yeməklər, taxıllar, çox sayda və növdə
meyvə-tərəvəzdən istifadə etməlisiniz.

Qaçış zamanı edilən səhvlər



6. Başqasının tempində qaçmaq


Yarışın sonlarına doğru idmançılar diqqətlərini öndə qaçanlardan bir
neçə addım qabaqda olmasına cəmləyər. Yavaş-yavaş ona yaxınlaşmağı
sınayar və templərini çox az artıraraq önlərindəkiləri keçməyə
çalışarlar. Bu, başqa birinin başlanğıc xəttindəki tempiylə qaçmaqdan
olduqca fərqlidir. Əgər səhərlər yalnız yüngül qaçış edirsinizsə, hər
kəsin özünəxas tempi olduğunun fərqinə varmalısınız. Bəli, yarış günündə
bunu artırmaq lazım ola bilər, amma başqasının tempiylə başlamaq yarışı
qalibiyyətlə başa vurmağınıza mane olar.



7. Rehidrasiya

Rehidrasiya - bədənin həddindən artıq su itkisindən sonra lazımi suyu
təkrar qazanmasıdır. Qaçışın sonunda inanılmaz dərəcədə susamış olmaya
bilərsiniz, amma əgər özünüzü məcbur etsəniz, tərləyərsiniz və
rehidrasiyaya ehtiyacınız olar. Son zamanlar şokoladlı südün də bu iş
üçün uyğun olduğunu deyirlər. Lakin əsas içki hər vaxt üçün sudur! Təbii
ki, uzun məsafə qaçışlarında rehidrasiya üçün idmançı içkiləri
əhəmiyyətlidir, amma siz səhər qaçışından sonra bol miqdarda su
içdiyinizə əmin olmalısınız.



8. Qaçmağı dayandırmaq

Bir qaçışcının edəcəyi ən pis səhvlərdən biri də qaçmağı dayandırmaqdır.
Bir neçə həftə qaçmadıqda  bədənin buna dərhal necə öyrəşdiyini
görəcəksiz. Bunu ən yaxşı düzəltmə yolu isə təbii ki, yenidən qaçmağa
başlamağınız olacaq. Əgər motivasiya əskikliyiniz varsa, qaçış  saatını
dəyişdirin ya da sizə hər gün yol göstərəcək, yoldaşlıq edəcək bir
yoldaşınızla qaçmağa başlaya bilərsiniz.

İndi etiraf zamanıdır! Siz bu səhvlərdən neçəsini etmisiniz? Yoxsa bu siyahıda olmayan başqa səhvlər də bilirsiniz?



Amma məncə, idman edəndə bunların öhdəsindən gələ bilərsiniz.

скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!