Soğan pəhrizi

Soğan pəhrizi
Dieta - Fitnes
10.09.2017 30
Evimizdən əskik etmədiyimiz, hər növ yeməkdə istifadə etdiyimiz, salatlara ləzzət qatan şəfa qaynağı bir bitkidir soğan.Qoxusuna baxmayaraq bu qədər sevilən soğanın faydaları da olduqca çoxdur. Soğan bədən müqavimətini artırar, ürək - damar xəstəliklərinə yaxşı gəlir, əsəbləri sakitləşdirər, xərçəngə qarşı qoruyucudur, vitamin və mineral mənbəyidir.



Soğan qəbul etməyi sevənlər bu xəbərə sevinə bilərlər ancaq dərhal xatırladaq diyetlərdə soğanın özü deyil suyu qəbul edilir. Arıqlamaq üçün hər yolu sınayaram deyirsinizsə, buyurun sizə soğan ilə əlaqədar bir neçə düsturu.


 

Qaynadılmış soğan suyu dieti



Bu tərifi vermədən əvvəl dərhal xatırladaq soğan suyu ilə arıqlayarkən eyni zamanda şəfa mənbəyi olan soğanın bir çox faydasını görəcəksiniz. Menstruasiya nizamsızlıqları, sonsuzluq  kimi narahatlıqların yanında, depressiya, bahar yorğunluğu, xroniki yorğunluq və yuxusuzluq kimi şikayətlərdə də soğan suyu təsirlidir. Biz burada soğanın toxluq hissi verməsi və yağ yandırıcı xüsusiyyətlərini önə çıxararaq ilk diyet düsturunu sizlərlə paylaşaq.



1 ədəd iri ağ soğan qabıqları soyularaq 4 hissəyə ayrılar. Əvvəldən qaynadılmış 200 ml (2 su stəkanı) xlorsuz suya əlavə olunaraq ağzı bağlanılar və qaynamağa buraxılar. 5 dəqiqə qaynayan soğan yeyilməz amma suyu səhər və axşam yeməklərdən əvvəl içilər. Bu tətbiqə 5 - 7 və ya 15 gün davam edilər. Sonrasında mütləq ara verilməlidir. Soğan suyu istifadədən əvvəl təzə hazırlanmalıdır və isti olaraq içilməlidir.


 Çiy soğan suyu dieti



2 ədəd iri soğanı soyduqdan sonra meyvə sıxacağında sıxaraq suyunu çıxardın. Bu sudan nahar aralarında 1 stəkan için. Bu sayədə bədəninizdə yağ yanması və maddələr mübadiləsiniz sürətlənəcək. Saç tökülməsi probleminiz varsa, soğan suyu sizi arıqladaraq saçlarınızı da gücləndirəcək.

Soğan şorbası dieti



Təbii bir antibiotik olan soğanın şorbasını edəcəyik indi də. Bunun üçün 6 ədəd soğanın yanında soğanın yarısı qədər 2 növ tərəvəz, limon və ədviyyat istifadə edəcəyik. Diləsəniz yağsız ət suyu istifadə edə bilərsiniz və qətiliklə yağ istifadə etməməlisiniz. Bütün vəsaitləri şorba şəklində bişirin. Günortan və axşam naharlarında qəbu edin. Bu diyeti 3 gün tətbiq edin və digər yediklərinizə diqqət edin. Soğan şorbası diyetində yedikləriniz ölçülü olmalı yoxsa müvəffəqiyyət əldə edə bilməzsiniz.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!