Tənbəllər üçün pilates məşqləri

Tənbəllər üçün pilates məşqləri
Dieta - Fitnes
10.09.2017 73
Yay yaxınlaşarkən bir çoxunu eyni sual maraqlandırır: "Çox tənbələm, idman etməyə vaxt tapa bilmirəm, bunun asan yolu varmı?"
Təbii ki, yalnız idmanla iş bitmir. Öncə sağlam qidalanma proqramı tətbiq edilməli və bu proqramın müvəffəqiyyəti nizamlı edəcəyiniz məşqlərlə artırılmalıdır.
Budəfəki yazımı iş, ev və uşaqlar üçün saatlarla çalışan, amma idmana və ya özünə vaxt ayıra bilməyən, və ya tam əksinə, "Tənbəllikdən idman etmirəm" deyən qadınlar üçün hazırladım.
Budur, sizin üçün 3 asan tətbiq oluna biləcək pilates məşqi:

1. Ayaqla dairə çəkmək

Böyrü üstə yerə uzanın. Düz olmağa diqqət edin. Yatdığınız tərəfdəki qolunuzu düz uzadın və başınıza dəstək verin. Digər əlinizi dəstək üçün yerə qoyun.
Dərindən nəfəs alın və nəfəs verərək ayağınızı omba xəttinə gətirin. Və indi hərəkətimiz başlayır.
Ayağınızla kiçik dairələr çəkin. Dairələri çəkərkən bədəninizin hərəkət etməsinə imkan verməyin. 10-20 dəfə təkrarlayın. Daha sonra tərs istiqamətdə dairələr edin.

2. Ayaq və omba məşqi
Böyrü üstə yerə uzanın. Üstdəki qıçınızı və ayağınızı yerə qoyun. Altdakı qıçınızı az-az endirib qaldırın. Yenə bədəninizi hərəkət etdirməməyə çalışın. Bu hərəkəti 30-40 dəfə təkrar edin.

3. Dizlərə təkan
Əllərinizin və dizlərinizin üzərində durun. Sonra bədəninizi bir az irəli aparın və çiyninizlə düz bir xətt meydana gətirməyə çalışın. Hərəkət boyunca bu xətti pozmayın. Üç dəfə nəfəs alaraq qollarınızı aşağı endirin, sonra tək nəfəs verərək başlanğıc mövqeyə dönün.
Məşq etməyənlər hərəkəti 10 dəfə etməklə başlaya bilər, amma hər həftə 3-5 dəfə daha artıq edin.
[center][/center]скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!