Gənclər üçün pəhriz

Gənclər üçün pəhriz
Dieta - Fitnes
10.09.2017 14
Çoxlu su için

Bildiyimiz kimi su vacib qida amili olmaqdan əlavə, həmçinin orqanizmi də toksinlərdən təmizləyir.Dərini təravətləndirir.Bədənə lazım olan su ehtiyacını ödəyir.Çalışmaq lazımdır ki,ən azından gündə 2 litrə yaxın su içilsin.Suyu yeməkdən qabaq içmək məsləhətdir.Belə olduqda mədəniz dolacaq və siz çox yemək istəməyəcəksiniz.



Şirniyyadan təmamilə imtina etməyin

Şirniyyatdan təmamilə imtina etmək olmaz.Bu qəti qadağandır!Yalandir.Orqanizmə digər qidalar kimi,şirin qidalar da lazımdır.Sadəcə həddi aşmaq olmaz.Tortlar,pirojnalar,konfetlər bunları azaldın.Əsasən meyvəyə və meyvə qurularına üstünlük verin.Onsuz da onların tərkibində də şirinlik var və onlar bizim orqanizmimizə ehtiyacı olan qlükozanı verəcək.



Şokolad olmaz


Düzdür,şokoladın kalorisi çoxdur.Lakin şokolad sevənlər bunun üçün məyus olmasınlar.Mütəxəssislər bildirirlər ki, şirinliyi 75% olan qara,acı şokolad yemək olar.Gündə 1 dilim.Bu sizə heç nə etməz.



Banan və üzüm kökəldir


Bananın və üzümün bizi kökəltdiyindən ehtiyat edərək onlardan tam imtina etmək olmaz.Bu da doğrudur ki,onların tərkibində kalori çoxdur .Amma onu da nəzərə almaq lazımdır ki,həmin meyvələrdə orqanizmə lazım olam A vitaminini yaradan karotin var.Ona görə də bu meyvələri də qədərində yemək lazımdır.



Fast-food olmaz


Orqanizmə ən zərərli qidalar məhz hazır qidalardır.Bunları dəfələrlə eşitsək də çox vaxt imtina edə bilmirik.Və yaxud vəziyyət elə gətirir ki,onlardan istifadə etmək məcburiyyətində qalırıq.Buna baxmayaraq,çalışın həmişə evdə hazırlanan,təzə,təmiz məhsullardan istifadə edin.



Çoxlu tərəvəz yeyin

Tərəvəzdən çox istifadə edin.Belə olduqda artıq çəki problemi yaşanmayacaq.Orqanizminiz də lazım olan vitaminləri alacaq.



Hərəkət edin,idmanla məşğul olun

İlin hansı fəslindən asılı olmayaraq idmanla məşğul olmağı unutmayın.Belə olduqda həm gümrah olacaqsınız,həm də heç vaxt sizdə artıq çəki problemi olmayacaq.Bunu hər gen etdikdə sizdə vərdiş halına gələcək və hər yaşda idman etməyə tənbəllik etməyəcəksiniz.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!