100% sınanmış pəhriz: 2 həftəyə 10 kiloqram arıqla

100% sınanmış pəhriz: 2 həftəyə 10 kiloqram arıqla
Dieta - Fitnes
10.09.2017 60
İlin bütün fəsillərində xanımların ən çox əziyyət çəkdiyi hal artıq çəkidir. Qadınlar bunun üçün müxtəlif yollara əl atırlar: kimi idmanla, kimi əməliyyatla, kimi də pəhrizlə artıq çəkidən xilas olmağa çalışır.



Xarici mətbuata istinadən sizi 2 həftəyə 10 kiloqram arıqladacaq sınanmış pəhriz təqdim edirik:



Gündəlik rasiona təqdim olunan formada əməl etmək vacibdir. Pəhriz zamanı 3 əsas qaydaya əməl edilməlidir:



1. Yeməyi əvvəlcədən hazırlayıb, soyuducuda saxlayın.

2. Tərəvəzləri istədiyiniz qədər yeyin. Meyvəyə gəldikdə ehtiyatlı olun, gündə 1 ədəd bəs edər.

3. Əgər yeməyin qədəri yazılmayıbsa, onu istədiyiniz miqdarda yeyə bilərsiniz.



1-ci gün:

Səhər: Axşamdan yoqurtda isladılmış yarma (myusl), 3 ədəd qara gavalı.

Nahar: Suda bişmiş qəhvəyi düyü, 4 ədəd (çerri) pomidor, 6 ədəd qoz.

Şam: 75 qram buxarda bişmiş qızıl balıq.



2-ci gün:

Səhər: üzərinə 1 xörək qaşığı yağsız yoqurt tökülmüş alma və banan salatı, 3 ədəd hər hansı bir meyvənin qurusu.

Nahar: 40 qram kəpəkli undan hazırlanan bulka, yağsız pendir, 1ədəd naringi.

Şam: 75 qram suda bişmiş hinduşka filesi, tavada qızardılmış göbələk və brokkoli.





3-cü gün:

Səhər: Suda bişmiş yumurta, kəpəkli çörək və 1 portağal.

Nahar: Bir dilim yağsız toyuq kolbasası, 1/3 avakado, kərəviz.

Şam: Buxarda bişmiş 75 qram dana əti və tərəvəzlər.



4-cü gün


Səhər: 2 ədəd quru əncir, 1 ədəd armud, 6 ədəd fısdıq.

Nahar: Tərəvəz şorbası, göyərti salatı.

Şam: Buxarda bişmiş balıq kotleti, kələm salatı.



5-ci gün:

Səhər: 1 dilim kəpəkli çörək, cem, ½ qreypfrut.

Nahar: Buxarda bişmiş kabaçok və badımcan, pomidor və xiyar salatı.

Şam: Üzərinə 75 qram zeytun yağı tökülmüş, dəniz məhsullarından hazırlanan salat.



6-cı gün:

Səhər: Blenderdən keçirilmiş kivi, banan və 2 xörək qaşığı yoqurt. 4 ədəd qoz.

Nahar: 1 dilim pendir, yağsız mayonezlə hazırlanan çuğundur salatı.

Şam: Suda bişmiş qara düyü, üzərinə limon şirəsi tökülmüş göyərti salatı.



7-ci gün:

Səhər: suda bişmiş yulaf, yağsız yoqurt.

Nahar: kəpəkli çörək, suda bişmiş yumurta, pendir və göyərtidən hazırlanan sendviç.

Şam: Buxarda bişmiş göbələk, kök və kabaçok, 1 dilim toyuq filesi.



İkinci həftə də eyni menyunu davam etdirmək lazımdır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!