Kivi pəhrizi üçün menyu

Kivi pəhrizi üçün menyu
Dieta - Fitnes
10.09.2017 47
Yay arıqlamaq üçün ən münasib fəsildir. Məhz pəhriz saxlayarkən insan ləziz nemətlər dadmaq istəyir.



Bunu nəzərə alan dietoloqlar araşdırma apararaq, yay üçün nəzərdə tutulan ən dadlı kivi pəhrizini arıqlamaq arzusunda olanların ixtiyarına verdilər. Tərkibi C vitamini və çoxlu minerallarla zəngin olan kivi ananas, qovun, çiyələk və motmotunun dadını bir arada toplayıb, şirniyyat sevənlərə fərqli dad verir.



Diqqət!

· Pəhrizə iki həftə riayət etmək lazımdır.

· Pəhrizə iki ay ara verməklə yenidən saxlamaq olar.

· Təqdim olunan menyuya 2 həftə ərzində növbələşdirməklə davam etmək lazımdır.

· Gün ərzində sadəcə, 10 ədəd kivi yemək olar.

· Kivi pəhrizi təzyiqi yüksək olan insanlara xeyirli, aşağı olanlara isə ziyandır.

· Bu pəhriz zamanı spirtli içkilərdən, qazlı sulardan, fast-futdan və şirniyyatdan uzaq durmaq lazımdır.

· Pəhriz allergiyası olanlara qadağandır.

. Onun vasitəsilə həftəyə 3 kiloqram arıqlamaq mümkündür.
 
 Kivi pəhrizi üçün menyu:

I gün

Səhər: 3 ədəd kivi, pendirli buterbrod, soyutma yumurta, şəkərsiz çay və ya kofe

Nahar: 5 ədəd kivi, 250 qr. soyutma toyuğun döş əti, tərəvəz salatı

Şam: 2-3 ədəd kivi, 200 qr. kəsmik, çay, qazsız su və ya meyvə şirəsi

Yatmazdan əvvəl: Bir stəkan qatıq
 
 II gün

Səhər: Bir neçə dilim kivi, qayğanaq, bir dilim çovdar çörəyi, şirə

Nahar: 4-5 ədəd kivi, 300 qr. soyutma balıq, 3 ədəd pomidor, tost və çay

Şam: Soyutma toyuğun döş əti, kivi dilimləri və başqa meyvələrdən hazırlanmış salat

Yatmazdan əvvəl: Kivi və 200 qr. kəsmik.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!