Pəhrizdən sonra formada qalmaq

Pəhrizdən sonra formada qalmaq
Dieta - Fitnes
10.09.2017 47
Bəziləri arıqlamağı özü üçün əməlli-başlı dərd eləyir. Amma arıqlamaq problem deyil. Arıqlayıb, itirilmiş kiloları qaytarmamaq şərti ilə formada qalmaq isə bir az çətin məsələdir. Hər bir pəhriz orqanizm üçün stressdir. Pəhriz saxlayarkən ilk növbədə dietoloqlarla məsləhətləşin. O, sizə düzgün pəhriz rasionunu hazırlayacaq.

1. İlk dəfə pəhriz saxlayırsınız
Pəhrizdən öncə dieta stressindən qaçmaq üçün yeməyinizi səmərələşdirin. Məsələn: hər səhər yediyiniz qidaları daha yüngül məhsullarla əvəz edin. Qəfil səhər yeməyindən imtina etmək səhəttində problemlər yarada bilər. Pəhrizdən bir ay öncə idmana yazılmaq yerinə düşər.

2. Qidalanma
Bu pəhrizdə ən vacib nüansdır. Pəhriz günləri bitdi, bu ərəfədə imtina etdiyiniz məhsulları bərpa etmək üçün yenidən yolunuzu mağazalardan salmağı ağlınızdan belə keçirtməyin. Bilirdiniz ki, pəhrizdən sonra orqanizm ay yarım kilo atmağa daha çox meyilli olur? 

3. İdmanla məşğul olun
İdman pəhrizdə sizin ən yaxın köməkçiniz olacaq. Müsbət tərəflərini qeyd edirik.
a. Siz pəhriz qaydalarını məmnuniyyətlə yerinə yetirəcəksiniz. Rəqs və ya üzgüçülüklə məşğul olsanız siz pis əhval-ruhiyyədə olmayacağsınız.
b. Mütəmadilik – Həftədə iki dəfə özünüzü artıq fiziki işlə məşğul olmağı planlaşdırın.c. Əgər hər hansı bir idman növünə yazılmağa vaxt yoxdursa, həftədə bir dəfə evdə iməclik edin. Alimlər də müəyyən ediblər ki, ev işləri depressiyanın qarşısını alır.

4. Pis vərdişlər
Alkoqol, nikotin çəkinin üstünə çəki gətirir.
a. Spirtli içkilər tam rasiondan çıxartmaq lazımdı. Yalnız ağ şərab istisnadır. Şampan isə iştaha gətirir.
b. Siqaret çəkmək – siqareti atmaqla insanın arqılması fikri düzgün deyil. Çünki siqaret çəkmək istəyəndə onu yerinə müxtəlif meyvələr və ya şirin məhsullar yeyilir.

5. Əhval –ruhiyyə yüksək səviyyədə
Pəhrizi həvəslə saxlamağa can atın. Elə bil ki, bundan zövq alırsınız. Fikriləşməyin ki, əziyyətlə itirdiyiniz kiloları nə vaxtsa geri qayıda bilər. Bu mümkün deyil, axı siz arıqlamaq, gözəl formada qalmaq üçün əlinizdən gələni edirsiniz.

Həmişə gözəl və cazibədar qalmaq arzusu ilə...

Səltənətскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!