Payızda arıqlamaq istəyənlərə PƏHRİZ

Payızda arıqlamaq istəyənlərə PƏHRİZ
Dieta - Fitnes
10.09.2017 30
Payız-qış aylarında olduqca yüngül, incə olmaq istəyirsiz? 
 
Paketdə və qatqı maddəsi olan qidalar yeməyin. (Biskvit, keks, peçenye, şokolad,  şəkər, asitli içkilər)
 
Gündə 2-3 litr su içməlisiz. Çay, qəhvəni çox olmamaq şərtilə içə bilərsiz. Ancaq hər fincan çay, ya qəhvəni içmədən əvvəl 1 stəkan su için.
 
Hər qida rasionunda bol miqdarda çiy tərəvəz yeməlisiz. ( cəfəri, kök , kələm, turp)
 
Hər səhər 1 ovuc cəfəri yeyin.
 
Hər gün 2 ədəd alma, 2 ədəd naringi yeyin.
 
Salat və çiy tərəvəzləri yeyərkən üzərinə zeytun yağı əlavə edin. Təzə limon suyu, nar şərabı da əlavə edə bilərsiz.
 
1.5-2 saat arayla gündə 8 dəfə yemək yeyin. Ara yeməklərdə, ya da əsas yeməklərdə hər gün 2-3 stəkan süd içib kalsium ehtiyacını qarşılaya bilərsiz.
 
Dabana qüvvət verin. Hər gün istədiyiniz saatda ən az 30 dəqiqə qaçın. Özünüzü çox yormamaq şərtilə nə qədər istəsəniz, qaça bilərsiz.
 
1 saatdan çox hərəkətsiz oturub qalmayın. Ən az 2-3 dəqiqə durub gəzin.
 
Yetərli yuxu yatın.
 
Son bir həftə əməl edəcəyiniz pəhriz:
 
Səhər: 1 ədəd yumurta, 1 dilim buğda çörəyi, 1 ovuc göyərti (cəfəri, dərəotu və.s)
 
Ara yemək: 4-5 ədəd qoz
 
Ara yemək: 1-2 ədəd naringi
 
Günorta: 1 qab az yağlı bişmiş tərəvəz yeməyi, 1 stəkan qatıq, 1-2 dilim buğda çörəyi, bol çiy tərəvəz.
 
Ara yemək: 1 stəkan qatıq, ya da süd
 
Ara yemək: Kiçik ovuc fındıq, badam, 1 ədəd qabıqlı alma, 1 fincan təzə limon suyu əlavə edilmiş çay.
 
Axşam: 1 ədəd ortaboy balıq və ya 1 qab qızardılmış ət
1 ədəd ortaboy qaynamış kartof, bol tərəvəz salatı (zeytun yağı əlavə edilmiş)
 
Ara yemək: 1 stəkan süd, 1 çay qaşığı quru zəncəfil
 
Yatmadan əvvəl 1 ədəd kök, 1 ədəd turpun suyunu sıxıb için.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!