Yunan pəhrizi ilə arıqlayın

Yunan pəhrizi ilə arıqlayın
Dieta - Fitnes
10.09.2017 51
Yunan pəhrizinin ilk əsas prinsipi paketlənmiş, işlənmiş qidalaran uzaq durmaq, əsl, özünəxas dadı olan təbii qidaları, arıqlamaq üçün ehtiyac duyulan məhsulları yeməkdir.
Bu pəhrizin əsasında 12 qida durur. Bunlar hansılardır?
 
Zeytun yağı: Bədənimiz yağ yandırmaq üçün yağlara ehtiyac duyur. Zeytun yağının maddələr mübadiləsini sürətləndirdiyi, toxluq hissini artırdığı deyilir.
 
Qatıq: Qan şəkərinin nizama salınmasına kömək olur və tox tutur. Çəki atmaq üçün sağlam mikrobiyomların ifrazına kömək edən nadir pəhriz qaynaqlarından biridir.
 
Tərəvəzlər: Xəstəliklərdən qorunmaq və arıqlamaq üçün ən yaxşı antioksidandır. Vitamin və mineral tərkibli qidalardır.
 
Lobya: Liflərlə zəngindir, qarnımızı tox tutarkən bədənimizdə bakteriya səviyyəsini də normaya salmağa ehtiyac var.
 
Dəniz məhsulları: Maddələr mübadiləsini sürətlədirən, qan şəkərini normaya salan və bədənimizdəki yağ yandırma hormonlarını nizamlayan yağ asidi qaynağı sadəcə balıq və dəniz məhsulları qabıqlarında tapılan Omega 3-dür.
 
Taxıllar: Taxılların tərkibindəki kompleks karbohidratlar enerjili çalışmanıza kömək olar. Seratonin hormonunu artıraraq nəfsimizə hakim olmağa və az yeməmizə yardımcı olar.
 
Şərab: Şərabın içində kalori yandırmağa kömək edən və qan şəkərini aşağı salan resveratrol antioksidanı var. Müntəzəm, normasında içki içənlərin içməyənlərə görə daha az çəkili olduğu görülür.
 
Şəfalı bitki və ədviyyatlar: Bu qidalar maddələr mübadiləsinin sürətlənməsinə, həzmin rahatlamasına, qan şəkərinin nizama salınmasına və şəkərli yağlı yemək arzusunun azalmasına kömək edir.
 
Meyvə: Bu, təbii şəkər lifli və sulu tərkibi ilə qarnı tox tutarkən bədənin şəkər ehtiyacının qarşılanmasına kömək edir.
 
Qəhvə və çay: Bu kimi təbii kafeinli içkilər maddələr mübadiləsini sürətləndirir, qan şəkərini nizamlayır, iş motivasiyası və performansını artırır.
 
Çərəz: Duzlu və ləzzətli çərəzlər maddələr mübadiləsini sürətləndirən, qan şəkərini normaya salan , yağ yandıran qidalardır.
 
Toyuq və yumurta: Yunan pəhrizi çox heyvan əti tərkibli olmasa da, toyuq və  yumurta yemək yağsız proteinlər sayəsində aldığınız kalorini artırmadan, qan şəkərinin nizama salınması və iştahanızın azalmasına kömək olur.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!