Milyon dollarlıq arıqlama tövsiyələri

Milyon dollarlıq arıqlama tövsiyələri
Dieta - Fitnes
10.09.2017 53
İnsanlara arıqlamağa çalışdığınızı deyin
"Çox insan arıqlamaq istəyinin şəxsi bir şey olduğunu və gizlətmək gərəyini düşünürlər. Buna görə bir pəhriz proqramına sadiq qalmaq üçün sadəcə öz iradələrinə güvənir, Bu, çox da yaxşı bir fikir sayılmaz! Cesika Alba oynayacağı bir rola görə arıqlamaq üçün başladığı proqramlarda həmişə ailəsinin və dostlarının dəstəyini alıb. Sağlam qidalanmaq və idman proqramlarını da onlarla paylaşaraq məsləhət alıb. Siz də hədəflərinizi başqaları ilə paylaşsanız, ona çatmanız asan olar. Bu, ailəniz, dostlarınız, ya da arıqlamaq istəyən qadınların qatıldığı sosial bir ortam ola bilər”.
 
Nəticəni görmək üçün özünüzə həftələr verin, günlər deyil
"Əgər tələssəniz, çox tez yorularsız. Tələsməmək, özünə vaxt vermək vaz keçməməyin açarıdır”.
 
Həqiqətən nə yediyinizi və nə yemədəyinizi bilin
"Yemək gündəliyi tutun. Bu gündəliyə yemək saatı, pors miqdarı, su qəbulu və idman hərəkətlərini qeyd edin. Bəzən arıqlamaq istəyənlər pəhriz arası özlərini mükafatlandırmaq üçün kalorili yeməklər, şərab qəbul edirlər və nəticədə arıqlama prosesi dayanır. Nə yediyinizi qeyd edərək arıqlama şansınızı iki qat artıra bilərsiz. Çox gərgin idman edə bilərsiz, ancaq qidalanma şəklini dəyişdirməsəniz, nəticəsini görmərsiz”.
 
Daha öncə heç gəzmədiyiniz kimi gəzin
"Məşhur müştərilərimə hər zaman yerişlərini dəyişdirməyi tövsiyə edirəm. Təbiət gəzintisi, ya da sadəcə bağda, parkda heyvanlarını gəzdirməyi məsləhət görürəm. Həftədə 3 dəfə 30 dəqiqə ilə başlayın, sonra həftədə 5 gün edin”.
 
Bədəninizi dəyişdirmək üçün beyninizi istifadə edin
"Beyin olduqca önəmli kilo vermə mexanizmidir. Araşdırmaya görə, idman edərkən istifadə etdiyiniz əzələləri düşünməniz daha çox çalışmalarına və daha güclü hiss etmənizə səbəb olur. Bəzi insanlar idman edərkən televizor izləməyi sevir və bununla vaxtın tez keçəcəyini düşünürlər. Amma əgər idmanda vaxtın necə keçdiyini hiss etməmək və daha çox arıqlamaq istəyirsizsə, diqqətinizi bədəninizə yönəldin, ekrana deyil”.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!