Demi Murun məşhur pəhrizi

Demi Murun məşhur pəhrizi
Dieta - Fitnes
10.09.2017 33
Tanınmış aktrisa Demi Murun bu pəhrizini 6 həftə boyunca tətbiq etməklə 13 kilo arıqlaya bilərsiz. Tez bir zamanda arıqlamanız lazımdırsa, bu pəhriz tam sizə görədir.
 
Səhər yeməyi (hər gün üçün birini seçin)
Bir ədəd yumurtanı 165 ml yağsız süd ilə çırpıb  50 qr unla qarışdırın. Sonra yavaş-yavaş 300 ml süd, 50 qr un, yarım çay qaşığı qabartma tozu və bir çay qaşığı vanil əlavə edin. Qarışımı 15 dəqiqə saxlayın. Tavada bişirib yeyin.
2 dilim bacon, 2 ədəd qızarmış pomidor, 1 dilim kəpəkli çörək
Bir ədəd kiçik almanı rəndələyib südlə qarışdırın. 50 qr kəpəkli çörəyin üzərinə çəkərək yeyin.
 
Günorta yeməyi (hər gün üçün birini seçin)
Bir kiçik sendviçin arasına kahı, pomidor, xiyar, 1 çay qaşığı light mayonez.
1 yarım soğan və sarımsağı 1 çay qaşığı yağla qarışdırıb yumşalana kimi qızardın. Bir kiçik konservləşdirilmiş göbələk, dilimlənmiş pomidor əlavə edin və 10 dəqiqə bişirin. 50 qr kəpəkli makaron qaynadın. Hazırladığınız sousu makaronun üzərinə tökün və bir çay qaşığı rəndələnmiş pendir və istiot əlavə edib yeyin.
50 qr makaronu qaynadın. Üzərinə sous olaraq ton balığı, 2 sap təzə soğan, cəfəri və yağsız tərəvəz sousuları ilə bir qarışım hazırlayın.
 
Axşam yeməyi (hər gün üçün birini seçin)
150 qram balığın üzərinə 1 çay qaşığı zeytun yağı sürtərək qızardın. Qaynamış pomidor və brokoli ilə servis edin.
Kiçik bir badımcanı yuyub doğrayın. Duzladıqdan sonra yarım saat saxlayın. Kiçik qutu konserv pomidor, kiçik yaşıl bibərin yarısı və kiçik bir soğanı qarşdırın. 2 qaşıq təzə reyhanla bir qaba qoyub yarım saat bişirin. Badımcanı 2 çay qaşığı una batırıb 1 çay qaşığı zeytun yağı ilə qızardın. Pomidor sosuna batırın. Qarışıma pendir əlavə edin və 50 qram makaron tökərək servis edin.
1 dilim quzu ətini, iki pomidor və iki göbələyi sobada qızardın. 1 çay qaşığı tərəvəz sousu əlavə edib orta boy qaynamış kartofla süfrəyə verin.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!