Çəkini niyə azalda bilmirik?

Çəkini niyə azalda bilmirik?
Dieta - Fitnes
10.09.2017 37
Elə adamlar var ki, daim aktiv həyat tərzi keçiririlər, lakin çəkilərini ata bilmirlər. Mütəxəssislər problemin nədə olduğunu aşkar edə biliblər.
Yuxu çatışmazlığı insanların çəkisinə birbaşa təsir göstərir. Yuxusuzluq zamanı orqanizmdə iştahı nizamlayan hormonların balansı pozulur. Nəticədə insan daim yemək istəyir.
Digər bir səbəb isə ara-sıra nələrisə atışdırmaqla bağlıdır. Mütəxəssislər qeyd edirlər ki, 100 kaloridən az olan qidalar insanı doydura bilmir. Əgər belə atışdırmalar aclıq hissini azaltmırsa, tam olaraq qida qəbul etmək tövsiyə edilir.
Çəki atmağın çətinliyinin digər səbəbi isə orqanizmin dəyişikliklərə qarşı müqavimətidir. Orqanizm aclıq dövrü üçün ehtiyat piy kütlələri saxlayır. Bu səbəbdən də bəzən çəkinin azalması prosesi dayanır. Dəyişikliklər yalnız 2-4 həftədən sonra özünü göstərə bilər.
Qadınlarda yumurtalıqların disfunksiyası zamanı da artıq çəki problemləri yaranır. Həmin problem qadınlarda sonsuzluq və kökəlməyə səbəb ola bilir.
Həkimlər artıq çəki almamaq üçün sağlam qidalanmağı, idmanla məşğul olmağı tövsiyə edirlər.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!