“İdmana vaxtım yoxdur‟ deyənlər bu yazını oxusun

“İdmana vaxtım yoxdur‟ deyənlər bu yazını oxusun
Dieta - Fitnes
10.09.2017 55
Həyatınızı öz axışına buraxıb özünüzə vaxt ayırmırsız. Boyun, kürək, bel ağrılarından şikayət edirsiz, ancaq hələ də idman etməyə vaxtım yoxdur deyirsiz.  Ancaq bilməlisiz ki, idmana getmədən belə evdə edəcəyiniz sadə idman hərəkətləri ilə bədəninizi güclü saxlaya bilərsiniz.
 
Boyun hərəkətləri
Oturacaqda oturub boynunuzu yavaşca sağa döndərib 3 saniyə belə durun. Sonra eyni hərəkəti sol tərəf üçün təkarlayın. Ən az 5 dəfə edin.
 
Əyləşmiş şəkildə başınızı çənəniz azca sinənizə dəyəcək şəkildə əyməyə çalışın. Dincəlin. Sonra başınızı yavaşca arxaya uzadın və dincəlin. Bu hərəkəti də ən az 5 dəfə təkrarlayın.
 
Oturmuş halda başınızı qulağınız çiyninizə dəyəcəkmiş kimi sağ və sola doğru əyin. Ən az 5 dəfə təkrarlayın.
 
Çiyin hərəkətləri
Ayaq üstə, ya oturmuş halda qollarınızı öndən baş istiqamətində yuxarıya doğru qaldırın, sonra aşağı salın.
Sonra eyni şəkildə qollarınızı yandan yarım dairə çəkər kimi başınızın üstünə qaldırın və endirin.
 
Bel və qarın hərəkətləri
Arxası üstə dizlərinizi bükülü, ayaq dabanları yerdə və qollar yanınızda uzanın. Bir əlinizi belinizin altına qoyub digər əlinizlə o biri əlinizi sıxın. 5 saniyə gözləyin.
 
Əllərinizi dizlərinizə doğru uzadaraq başınızı və kürək sümüklərinizi yerdən qaldırın. 5 saniyə belə vəziyyətdə qalın.
 
Kürək hərəkətləri
Qarnınızın altına nazik bir yastıq yerləşdirərək qollar yanlarda üzüstə yatın. Başınızı, çiyninizi, qollarınızı yuxarıya doğru qaldıraraq 5 saniyə bu vəziyyətdə qalın.
 
Omba və diz hərəkətləri
Bir ayağınızın topuğunu sürüyərək omba və dizinizi bükün, sonra uzadın. Eyni hərəkəti o biri ayağınızla da təkrar edin. Sonra ayağınızın topuğunu sürüyərək ayağınızı yana doğru açıb bağlayın. Hər iki ayaqda da bu hərəkəti təkrar edin.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!