Ən uğurlu pəhrizin sirri açıldı

Ən uğurlu pəhrizin sirri açıldı
Dieta - Fitnes
10.09.2017 60
Oksbricin alimləri deyirlər ki, uğurlu pəhrizin sirrini tapıblar.
Mütəxəssislər hesab edirlər ki, hamı üçün ideal pəhriz yoxdur,
arıqlamağın və sağlam çəkini saxlamağın sirri isə hormonal fon, genlər
və insan fiziologiyasının əsasında düzgün tərtib olunmuş rasionun
seçilməsidir.
Qidanın həzm olunması
və artıq kiloların yaranmasında bu amillərin hər biri vacib rol oynayır.

Alimlər həyat tərzi və qidalanmaya görə insanları üç geniş qrupa
bölüblər:
- "ziyafətdəkilər" - doymaq hissi olmadığından daim yeyənlər
- "atışdıranlar" - yemək haqda düşünməməyi bacarmayanlar
- "emosional aclar" - müxtəlif problemləri yaranan zaman onları yeməklə
"yeyənlər".
Tədqiqatçıların fikrincə, hər bir qrup müəyyən pəhriz növünə fərqli
reaksiya verir.
Onlar üç nəzəriyyəni 75 könüllü (hər qrupda 25 nəfər) üzərində 3 ay
müddətində sınaqdan keçiriblər.
Bu qrupları identifikasiya edərək alimlər onların hər biri üçün xüsusi
pəhrizlər hazırlayıblar.
Məlum olub ki, "daim atışdıranlar" üçün 5:2 pəhrizi uyğundur (həftənin
iki günü 800 kaloridən artıq yeməmək, sonrakı 5 gün isə adi qaydada
qidalanmaq).
"Emosional acları" psixoloji zərbələr zamanı yalnız yaxınlarının dəstəyi
çox yeməkdən xilas edə bilər.
Özlərini daim "ziyafətdə" hiss edənlər isə pəhriz seçmədən öncə çox
yeməklərinin səbəbini axtarmalıdırlar. Çünki problem bir tərəfdən
metabolizmin xüsusiyyətlərindən asılıdırsa, digər tərəfdən dərin
psixoloji kökləri ola bilər, burada isə tibb işçilərinin məsləhəti
vacibdir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!