Qarın əridən hərəkətlər

Qarın əridən hərəkətlər
Dieta - Fitnes
10.09.2017 75
Qarın qatlarından əziyyət çəkən oxucular üçün göbək əridən idman hərəktlərini təqdim edirik. Bunları evdə də rahatlıqla edə bilərsiz.

Arxası üstə uzanın. Bel çuxurunuzun ortasında üzüm olduğunu xəyal edin və hərəkət edərkən bu üzümü qorumağa çalışın. Əllərinizlə başınızı dəstəkləyin və öncə döş qəfəsinizi havayla doldurub bu havanı nəfəsinizlə boşaldarkən yalnızca qarıınıza diqqət yönəldərək ayaqlarınıza doğru qalxın. 15 dəfə bunu təkrarlayın.

Yenə bel çuxurunu qoruyaraq arxası üstə uzanın. Ayaq dabanlarını birləşdirib bir ayağınızı yuxarı qaldırın. Dərin nəfəs alıb verərkən əllərinizlə ayaqlarınıza doğru uzanın. 15 dəfə bunu edin.

Düz dayanıb istiqaməti dəyişmədən ayaqlarınızı bədəninizə dik isiqamətdə havaya qaldırın. Əllərinizlə yalnız qarın əzələlərinizdən güc alaraq ayaq biləklərinizi tutmağa çalışın. Qarın əzələlərinin gərildiyini hiss edin. Bu hərəkəti 15 dəfə təkrarlayın.

Yenə bel çuxurunu qoruyaraq arxası üstə uzanın. Əllərinizlə ombanıza güc verin. İki ayağınızı yerə paralel biçimdə yuxarı qaldırın. Öncə dərin nəfəs alın və bir ayağınızı sinənizə yaxınlaşdırın. Nəfəs verərkən bu ayağınızı havada yelləyərək digər ayağınızı sinənizə yaxınlaşdırın. Yeriyirmiş kimi hərəkət edərək 15 dəfə təkrarlayın.

Duruşu pozmadan iki ayağınızı bədəninizə dik olaraq qaldırın. Dərin nəfəs alın, verərkən ayaqlarınızı gərgin şəkildə yavaş-yavaş aşağı doğru endirin. Ancaq yerə toxundurmadan nəfəs alın və verərkən yenə yuxarı qaldırın. 15 dəfə təkrarlayın.

Yan üstə uzanın. Digər ayağınızı qaldırıb əlinizlə biləyinizi tutmağa çalışın. Bu zaman qarın əzələlərinin içəri çəkilmsinə diqqət edin. Bu hərəkəti bir daha digər tərəf üçün təkrarlayın. 15 dəfə edin.

Arxası üstə uzanıb ayaqlarınızı içəriyə doğru qatlayın və bel çuxurunu yuxarı qaldırın. Öncə sağa, sonra sola doğru hərəkət edin.

Uzanın. Bədəninizi qaldırıb əllərinizlə qarın əzələrini gərərək ayaqlarınızı tutmağa çalışın.

Yan yatın. Üstdəki ayağınızı belinizin üstü hərəkət etmədən irəliyə doğru gətirin. Bədəninizin üst qismini isə tərs tərəfə döndərin. Bu zaman əllərinizlə başınızı dəstəkləyin.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!