10 dəqiqədə daha çox kalori yandırın

10 dəqiqədə daha çox kalori yandırın
Dieta - Fitnes
10.09.2017 43
Çəki problemi yaşayan və bundan qurtulmaq istəyənlər qidalanmasını nizama salmaqla yanaşı idmanı da həyatının bir parçası etməlidir. Sadəcə pəhrizlə arıqlamaq mümkün olsa da, idmanla dəstəklənməyən bir halın zaman sonra dəyişəcəyi və yenidən itirilən çəkilərin qazanılacağı deyilir. 10 dəqiqədə 100 kalori yandırmağa kömək olan idman hərəkətlərini təqdim edirik.
İplə tullanmaq. 10 dəqiqə boyunca dayanmadan iplə tullanmaq həqiqətən ciddi bir idmandır. Ancaq bunun sayəsində təxminən 87 kalori itirmiş olacaqsız. Bunu daha əyləncəli etmək üçün hər dəfə bir hədəf müəyyən edib həmin sayı tamamlayana kimi çalışmalısız.
Sprinter qaçış. Saatda 13 km sürətlə qaçmaq çətindir. Ancaq bunu başladığınızda 10 dəqiqə ərzində 117 kalori itirmiş olarsız. Əgər bunu edəcək enerjiniz yoxdursa, daha qısa zaman fasilələri ilə tez-tez edin.
Spinning. 10 dəqiqə boyunca spinning etməklə təxminən 90 kalori itirmiş olursuz. Bunun üçün spinning çox yüksək tempdə edilməlidir. İdmana yeni başlayanlar üçün birdən -birə yüksək tempdə başlamaq düzgün deyil. Yavaş-yavaş başlayıb sürəti artıra bilərsiz.
Step aerobika sayəsində 10 dəqiqə boyunca 92 kalori itirə bilərsiz.
Basketbol kalorinin çox yandığı bir idmandır. Ancaq 10 dəqiqə ərzində 95 kalori yandırmaq istəyirsizsə, gərgin şəkildə basketbol oynamalısız.
Velosiped sürmək. Saatda təxminən 24 km sürətlə 10 dəqiqə boyunca velosiped sürsəniz, 92 kalori yandırmış olarsız. Düz yolla sürdüyünüzdə nəticə 92 kalori olsa da, enişli-yoxuşlu yollarda velosiped sürmək daha çox kalori yanmasına kömək edəcək.
Üzgüçülük. 10 dəqiqə boyunca fasiləsiz üzdükdə 85 kalori itirmək olar. Üzmək sadəcə kalori yandırmağa deyil, həm də bədəni formaya salmağa kömək edir.
Eliptik velosiped. Çətin idman alətidir. 10 dəqiqə ərzində 95 kalori yandırmağa kömək edir. Uzun müddət edilməsi əzələ sıxılmasına səbəb olduğu üçün diqqət edin.
Sprint və jim. Bu iki hərəkəti birləşdirməniz daha çox kalori yandırmanıza kömək olacaq. 1 dəqiqə boyunca sprint atıb, 1 dəqiqə boyunca jim etməniz 10 dəqiqə boyunca yandırılacaq kalorinin 130 olmasına kömək edir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!