Toyqabağı arıqlamaq istəyirsiz?

Toyqabağı arıqlamaq istəyirsiz?
Dieta - Fitnes
10.09.2017 15
Toy mövsümü yaxınlaşdıqca arıqlamaq üçün pəhrizə başlayanların sayı artır. Toydan qabaq pəhrizlərlə qısa müddətdə effektiv sürətdə arıqlamaq mümkündür.



Mütəxəssislər qısa müddətdə arıqlamaq üçün az kalorili pəhrizləri məsləhət görmürlər. Çünki pəhrizi saxlayan kimi sürətlə kilolarınızı bərpa edəcəksiniz. Bundan əlavə sağlam çəki itirməklə bu yol arasında fərq cəmi bir necə kq olacaq. Buna görə isə orqanizmə ziyan vurmaq ağılsızlıq olar.



Toy qabağı effektiv arıqlamaq üçün müntəzəm üzmək məsləhətdir. Bu sayədə bədənin bütün bölgələrində incəlmə olur. Bol-bol su içməyi unutmayın. Hər gün süd-qatıq, meyvə-tərəvəz, salat, ət və çörək qrupuna daxil olan qidalardan mütləq istifadə edin. Çalışın hər şeydən az-az prinsipinə əməl edin.



Nişanlınız, sevgiliniz sizə dəstək olarsa çəki itirilməsi daha asan olacaq.



Toya hazırlıq kifayət qədər yorucu prosesdir. Çalışın həyatınızdan stresi mümkün qədər uzaq tutun. Kafein stresi artırır. Rahatlaşmaq üçün çobanyastığı, çökə kimi bitki çayları için. Günorta və axşam yeməklərində 6 qaşığa qədər düyü yeyə bilərsiniz. Yarım fincan düyü bişmiş halda 103 -108 kaloridir. Bu məhsul ət, tərəvəz kimi yeməklərin yanında yaxşı qarnirdir.



Toya 3 gün qalmış həzmsizlik, şişkinlik kimi problemlərlə qarşılaşmamaq üçün aşağıdakıları yeməmək məsləhətdir:

Paxla, laobya, noxud, soya

Alça, ərik, kişmiş, banan, şaftalı, armud

Qabaq, turp, soğan, çuğundur

Qızardılmış qidalar, yağlı, souslu yeməklər

Kremli məhsullar

Saqqız

Spirtli içki, kafeinli içkilər

Daha öncə dadmadığınız məhsullar



Toya 3 gün qalmış bu pəhrizdən istifadə edə bilərsiz.

səhər yuxudan duranda içində alma və ya limon olan 1 böyük stəkan ilıq su

1 ədəd yağsız yoqurt

1 kiçik alma

3 qaşıq sadə yulaf əzməsi

1 böyük stəkan su



Ara yemək

1 kivi +10 çiyələk

1 böyük stəkan ilıq su



Nahar

2 dilim qara çörək

Suda qaynadılmış toyuq, az yağlı mendir

1 qab ayran

1 böyük stəkan ilıq su



Ara

1 böyük alma

1 böyük stəkan ilıq su və ya

1 dilim çörək+pendir

1-2 fincan çobanyastığı çayı



Axşam

1 boşqab qaynadılmış tərəvəz (üzərinə 1 çay qaşığı zeytun yağı) + 4 yemək qaşığı light qatıq

1 saat sonra: 1 fincan yaşıl çay

1 böyük stəkan ilıq su (400 ml)



Ara

1 kivi+1 qab yağsız qatıq

2 dilim təzə ananas

2 kivi və ya 10-12 çiyələkскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!