Çox qaçmaq sağlamlığa zərərlidir

Çox qaçmaq sağlamlığa zərərlidir
Dieta - Fitnes
10.09.2017 29
Elm adamları 12 il müddətində sağlam 1000 qaçışçı ilə heç qaçmayan insanları izləyib. Amerika Kardiologiya Kolleci jurnalında nümayiş olunan araşdırmaya görə, çox qaçmaq, heç qaçmamaq qədər sağlamlığa zərərli ola bilər. Danimarkada aparılan araşdırma, sıxlıqla məşq edənlərin ölüm riskinin heç məşğul olmayanlarla eyni olduğunu göstərib.



Elm adamları 12 il müddətində sağlam 1000 qaçışçı ilə heç qaçmayan insanları izləyib. Bu müddət ərzində, hər həftə nizamlı olaraq iki saat yarımdan az qaçanların ölüm riskinin ən aşağı olduğu görülüb. Ən çox ölüm riskinin isə həftədə dörd saatdan çox qaçanlarla, heç qaçmayanlarda görüldüyü təyin edilib.



Danimarkada aparılan araşdırmaya qatılanlar, həftəlik məşq saatlarının sıxlıqlarıyla bağlı suallara cavab verib.



Cavabları araşdıran elm adamları, insan sağlamlığı üçün ideal məşqin saatda 8 km sürətlə və həftədə 3 dəfə, cəmdə isə iki saat yarımı keçməyəcək şəkildə qaçmaq olduğu nəticəsinə gəlib.



Araşdırma nəticəsində saatda 11 km-dən sürətli və həftədə 4 saatdan çox qaçan şəxslərin ölüm riskinin, heç qaçmayanlarla eyni olduğu ortaya çıxıb. Kopenhagendəki Frederiksberg Xəstəxanasından Jacob Louis Marott "Sağlamlığınız üçün yaxşı bir şey etmək istəyirsinizsə, məşq saatların artırmayın " deyib.



Çox qaçmanın nə səbəbdən ölüm riskini artırdığıyla bağlı qəti bir məlumat yoxdur, ancaq elm adamları sıxlıqla məşq etmənin ürək quruluşunda səbəb ola biləcəyi dəyişmənin bunda təsiri ola biləcəyini ifadə edib. Hesabatda "Uzun müddət yorucu məşq etmək, ürəkdə patoloji struktur dəyişikliklərinə səbəb ola bilər" deyilir.



İngiltərə Ürək XəstəlikləriDərnəyinin tibb bacısı Maureen Talbot, bu araşdırmanın "ürəyi sağlam saxlamaq üçün marafon qaçmaq lazım olmadığını göstərdiyini" ifadə edib. Həftədə 150 dəqiqəlik "normal məşq" tövsiyyə etdiklərini ifadə edən Talbot, "Bu qulağa çox gəlirsə, sadəcə sürətli yürüyüş etmək belə yaxşı bir başlanğıcdır" deyib.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!