Pəhriz çaylarının zərərləri

Pəhriz çaylarının zərərləri
Dieta - Fitnes
10.09.2017 17
Araşdırmalar göstərib ki, keyfiyyətli məhsul istehsal edən firmaların
pəhriz çayları həqiqətən də arıqladır. Belə çaylar maddələr mübadiləsini
sürətləndirməklə yanaşı, kalorilərin daha tez xərclənilməsinə və
bədənin yağ itirməsinə səbəb olur.



Ancaq təəssüf ki, pəhriz çaylarının bir çox əks təsirləri var. Onlardan
birincisi, demək olar ki, pəhriz çayları içən hər kəsin müşahidə etdiyi
yorğunluq, halsızlıq və yuxu problemləridir. Bu problemlərə pəhriz
çaylarının tərkibindəki kofein səbəb olur.



Belə çaylar sidikqovucu xüsusiyyətə malik olurlar. Ona görə də pəhriz
çayı içən şəxs gün ərzində 2-3 litr su içmədikdə, susuzluqdan
qaynaqlanan halsızlıq ilə üzləşməli olur.



Pəhriz çaylarının başqa zərərli tərəfləri də var:



*Ürək döyüntüsünün sürətlənməsinə və tənginəfəsliyə səbəb olur.



*Mədə ağrısına səbəb ola bilər.



*Baş gicəllənməsi müşahidə edilir.



*Ürəyin ritminin pozulmasına gətirib çıxarır.



*İshala səbəb olur.



*Zehni qabiliyyəti aşağı salır.



*Həddindən artıq içildikdə həzm problemlərinə səbəb olur.



*Bağırsağın florasını məhv edir və bu da gələcəkdə bağırsaq xərçənginə yaxalanma riskini artırır.



Sonda onu da qeyd edək ki, tədqiqatlar zamanı məlum olub ki, orqanizm
bir müddət sonra pəhriz çaylarına öyrəşir və 3-4 ay mütəmadi olaraq
istifadə edən şəxslər artıq çayın arıqlamağa heç bir köməyi olmadığını
müşahidə edirlər.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!