Arıqlamağa kömək edən 9 səhər vərdişi

Arıqlamağa kömək edən 9 səhər vərdişi
Dieta - Fitnes
10.09.2017 37
Demək olar ki, hər birimizin hər gün eyni zamanda etdiyimiz vərdişlərimiz (rituallarımız) var.

Bunlardan həm xeyirli həm də xeyirsizləri var.(xeyirsizlər daha
çoxdur...) Önəmli olan isə onlardan hansıların sağlamlığımıza xoş təsir
göstərdiyini ortaya çıxartmaqdır. Bu gün biz sizinlə məhz bunu müzakirə
edəcəyik. Beləliklə sağlamlığımıza xoş təsir göstərən və arıqlamağa
kömək olan 9 vərdiş...



Çarpayıda dartının...

Yuxudan oyanan kimi dərhal və sərt(tələsərək) çarpayıdan qalxmayın.
Əsasən sizdə hipotoniya (qan təzyiqinin azalması) və ya əksinə
təzyiqinizin qalxma ehtimalı varsa bu baş beyin damarlarının spazmına bu
izə öz növbəsində baş ağrısına səbəb ola bilər.Beləliklə səhər baş
ağrısı ilə oyanmanıza səbəb ola bilər.Günü yaxşı başlamaq üçün bir neçə
sadə hərəkətlərlə başlaya bilərsiniz. məs:çarpayıda kürəyi üstə
uzanaraq, əllərinizi bir yerdə tutaraq yuxarıya doğru, ayaqlarınzı isə
aşağıya doğru uzadın(dartının).Bunun fitnes trenerləri məsləhət
görür.Bu və ya digər hərəkətləri etməklə bir neçə dəqiqə sərf edərək
günə rahat və yaxşı əhval ruhiyyə ilə başlamış olacaqsınz.



Ac qarnına 1 st. su için...

Yeməkdən 30 dəqiqə əvvəl su içmək lazım olduğunu artıq demək olar hamı
bilir. Bu iştahı öldürüb, aclıq hissini aşağı salır. Amma səhər tezdən
çoxlarının iştahı onsuzda olmur və olanı da su ilə öldürmək
lazımdırmı? Amerika qastroenteroloqu Mayla Pikkonun dediyinə əsasən hər
gün səhər yeməkdən 30 dəqiqə əvvəl ilıq su içdikdə həzm sistemində heç
bir problem yaranmır. Bu isə həm sağlamlıq həm də arıqlamağa bir başa
köməkdir.



Otağı mümkün qədər işıqlı edin...

Alimlərin fikrinə görə son zamanlar həyatımızda səhərlər işığın az
olması, axşamlar isə onun həddən çox olması bioloji siklin qırılmasına
gətirib çıxarır, bu isə aclıq hormonu olan qrelinin istehsalına səbəb
olur.



Səhər yeməyindən öncə gəzintiyə çıxın və ya bir neçə kardiohərəkət edin...

Yeməkdən əvvəl məşq etdiyiniz halda, enerji istehsalı üçün orqanizm
enerji ehtiyatlarını istifadə etməyə məcbur olacaq bu isə dərialtı piyi
olan insanlar üçün çox əlverislidir.Buna çox vaxt sərf etmək lazım
deyil. Standart 15 dəqiqəlik hərəkətlər kifayət edər.Tez addımlarla
gəzmək də kardioloji hərəkətlərə alternativ evezedici sayılır.



Hərəkətləri müsiqi sədaları altında edin...

Səhər məşqində daha çox kalori sərf etmək üçün sizə xoş təsir edən və
hərəkət etməyə məcbur edən musiqiləri seçin. İDEA fitness
assosiasiyasının eksperti Petra Kolberin fikrinə əsasən məşq üçün
seçdiyiniz musiqiləri dəyişməyib eynilə hər gün məhz onlardan istifadə
edin, bununla orqanizm adət halına keçərək o musiqiləri duyduqda aktiv
enerji sərfetmə rejiminə keçəcək.



Tərkibində çətin sellülozlu karbohidrat və zülallar olan məhsulları uyğunlaşdırın...

Səhərlər nə yemək lazım olduğu haqda çox məqalələr yazılıb. Əsasən
qarışıqsız dənli bitkilər və ya tərkibi zülalla zəngin məhsullar
(yumurta, kəsmik)məsləhət görülür. Əslində isə səhər rasionuna zülal və
dənli bitkilərlə bərabər çətin karbohidrat və selüllozlu məhsullar da
(siyiq, meyvə, tərəvəz) əlavə etmək lazımdır.Əsas iş bizim
fizilogiyamızdadr ki, karbohidratlar bizi enerjiylə təmin edib, beyinin
işləməyinə təkan verir,zülal isə toxluq hissinin təmin edir. Beləliklə
ən ideal səhər yeməyi yarım qab yulaf yarmasi(ovsyanka) , 100-150 qr
yağsız kəsmik , kahı yarpaqları və 2 dilim çovdar çörəyi. Bu təxmini
300-350 kkal olacaq.



Bitki çayı dəmləyin...

Səhər yeməyinə qara çay və ya kofe əvəzinə ,bitki çaylarına üstünlük
verin. Çox bitki çayları artıq mayeni orqanizmdən çıxardaraq, immun
sistemini möhkəmləndirir. Yox əgər kofeinsiz içkisiz ayıla
bilmirsinizsə, o zaman kofe və ya çayı işə çatdıqdan sonra için.



Özünüzlə ev yeməyi götürün...

Arıqlamaq istəyirsinizsə sabah üçün dietik nahar (toyuğun döş əti hər
hansı bir qarnirlə(yağsız)), axşamdan hazırlamağa tənbəllik etməyin.
Evdə hazırlanan nahar kaloriləri nəzarət altında saxlamağa köməkçi
olacaq.



Dişlərinizi lazımı qaydada yuyun...

İnanmayacaqsıznız , amma... JournalofDentalResearch-da nəşr olunan
araşdırmalara əsasən karies və ağız boşluğunun xəstəliklərini yaradan
Selenomonasnoxia bakteriya növü artıq çəkinin yaranmasına da səbəb
olur. Buna görə səhər yeməyindən sonra dişlərinizi fırçalayarkən,
tələsməyin. Bu prosedura lazımı vaxtı ayırın.



Sonda demək istərdik ki, mütləq olaraq bu qaydaları deyil, özünüzün oz
orqanizm və iş prinsipinə uyğun və ən əsası isə sağlamlığınıza xeyirli
olan vərdişləri yaratmanız sizin üçün çox xeyirli olacaq. İlk etapda
çətin olsa da zamanla orqanizminiz artıq bu prinisplərə öyrəşərək
sağlam həyat tərzi sürmüş olacaq.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!