Tənbəllər üçün ən effektiv arıqlama üsulu

Tənbəllər üçün ən effektiv arıqlama üsulu
Dieta - Fitnes
10.09.2017 49
Bəzi insanlarda maddələr mübadiləsi anadangəlmə sürətli gedir. Lakin əfsuslar olsun ki, hamı bu xoşbəxtliyə sahib deyil. Müasir dövrdə əksəriyyət yaxşı formada görünmək üçün zərərli qidalardan imtina edir, saatlarla idman zalında məşq edirlər. Yaşlaşdıqca maddələr mübadiləsi zəifləyir və çəkiyə nəzarət etmək daha da çətinləşir.

Bu möcüzəli içki hətta kompüter arxasında və ya televizor qarşısında oturanda da təsirini göstərir. Təsadüfi deyil ki, bu metodu tənbəllər üçün ən effketli arıqlama metodu hesab edirlər.

Bu sadə reseptin sayəsində maddələr mübadiləsi sürətlənir və tədricən arıqlama prosesi gedir.



İnqrediyentlər:

2 çay qaşığı bal

1 çay qaşığı darçın

250 ml su.



Hazırlanması:

1. Suyu qaynadın.

2. Darçını qazana qoyub üzərinə qaynar su tökün. Qapağını bağlayın.

3. Soyuyanda bal əlavə edin. İsti suya heç vaxt bal tökməyin, çünki o öz faydalı maddələrini itirir.

4. Yatmazdan qabaq bu içkidən yarım stəkan için. Qapağını bağlayın, soyuducuda saxlayın. Səhəri gün yerdə qalan içkini isitmədən için.



Unutmayın ki, bu içkiyə yuxarıda adları qeyd olunan  inqrediyentlərdən başqa heç nə əlavə etmək lazım deyil. Onu acqarnına qəbul etmək daha yaxşıdır.

Bu sadə içki metabolizmi sürətləndirməyə kömək edəcək. Əlbəttə, bu içki ilə aya bir-iki kiloqram arıqlamaq olar, daha yaxşı nəticə əldə etmək üçün mütəmadi olaraq idmanla məşğul olmaq və düzgün qidalanmaq lazımdır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!