Yağları əridən və arıqlamağa kömək edən 9 sehirli məhsul

Yağları əridən və arıqlamağa kömək edən 9 sehirli məhsul
Dieta - Fitnes
10.09.2017 7
Orqanizmdə yağları əridən bu məhsullar, həqiqətən arıqlamağa kömək edir.

Amma yağların parçalanması çox çətin prosesdir dedikdə heç də səhv
etmirik. Yağlı kremi olan tort yedikdən sonra bu məhsullardan birini
yeyib dərhal kömək edəcəyi təbbi ki mümkün deyil. Qidalanmaya ağılla
yanaşıb, aktiv həyat tərzi sürmək lazımdır. Kalori və yağlaı yalnız
idman və qidada bəzi məhdudiyyətlər yandıra bilər. Bu məhsullar, yalniz
həzm prosesinə köməkçi olub, maddələr mübadiləsini tələsdirmək və
qidanın mənimsənilməsinə çox yaxşı təsir göstərir . Bunun üçün rasiona
meyvə və tərəvəzləri mütləq şəkildə əlavə etmək lazımdır. Bəzilərini isə
hətta yeməkdən sonra qəbul etmək lazımdır.



Qreypfrut.

Yağların ərinməsi və arıqlamaq üçün çox faydalıdır. Qreypfrut qanda
qlukoza səviyyəsini aşağı salan insulin hormonunu azaldır. Nəzərinizə
çatdıraq ki, məhz insulin yağ ehtiyatlarının artmasına səbəb olur. Bu
ehtiyatlardan qurtarmaq üçün yeməkdən sonra qreypfrut şirəsi və ya yarım
qreypfrut yeməyiniz məsləhət görülür. Bununla maddələr mübadiləsini
sürətləndirib, yağların metobolizmi tezləşdirilir. Belə təsirə demək
olar bütün sitrus meyvələri aiddir. Onlar həmçinin şlaklardan xilas
edib, orqanizmi toksinlərdən təmizləyərək, immun sistemi gücləndiri.



Ananas.

Hər bir arıqlayan xanım bilir ki, ananas yağların əridilməsinə kömək
edən əsas məhsullardan biridir. Buna səbəb anasın tərkibində bromelin
fermentinin olmasıdır, o isə zülalların parçalanmasına kömək edir. Buna
görə ananas ət, balıq və süd məhsullarının həzminə yaxşı təsir göstərir.
Həmçinin anans kalsiy, kaliy, fosfor, dəmir, yod kimi elemetlər, B
qrupp vitaminləri və A vitamini ilə zəngindir. Bundan əlavə həzmi
stimullaşdıraraq, qanı duruldur və trobmlarla mübarizəyə kömək edir.
Buna görə anansı dərhal yeməkdən sonra şirə şəklində və ya meyvə
şəklində yemək məsləhət görülür. Paçkada olan şirələr effekt vermir.



Nəzərinizdə olsun ki, mədə- bağırsaq yolunda problemi olan, mədə
şirəsinin turşuluq dərəcəsi yüksək olan və yarası (yazva) olanlara
məsləhət görülmür. Onu ac qarnına yemək olmaz.Dişlərə pis təsie etdiyi
üçün yedikdən sonra ağız boşluğunu yaxalamaq lazımdır.



Zəncəfil.

Çox yaxşı isidici təsir edir. Bu tünd ədviyyat, qan dövranını
yaxşılaşdıraraq bununla həzmə çox böyük kömək edir. Ağır yeməklərin
həzmində orqanizmə çox böyük təsir göstərir. Pəhrizdə olanlar zəncəfil
çayının çox xeyirli olduğunu bilirlər. Bir hissəsini kəsib üstünə qaynar
su əlavə edin. Əlavə olaraq limon suyu və bal da qatmaq olar.



Nəzərinizdə olsun ki, zəncəfil çox güclü ədviyyat olduğundan onu
istifadə edərkən ehtiyyatlı olmanız məsləhət görülür. Qastrit, qanaxma,
ürək-damar və öd xəstələrinə bu məhsul məsləhət görülmür.



Yağsız süd məhsulları.

Qatıq, kəsmik və yoqurtun tərkibində kalsitriol hormonu var. O,
orqanizmi kalsi ilə təmin edərək, hüceyrələri ziyanlı yağlardan imtina
etməyə məcbur edir. Həmçinin bu məhsulların tərkibində bir çox
bakteriyalar olduğundan, onlar həzm və maddələr mübadiləsini
yaxşılaşdırır.



Kələm.

Kələmin hər bir növündə sellüloz var ki, o, həzmi yaxşılaşdıraraq,
orqanizmi şlaklardan təmizləyir. Antioksidantlar , bildiyimiz kimi
orqanizmi təmizləyir, bundan əlavə kələmin tərkibində çoxlu sayda
vitaminlər( A, C, E, K, PP, U və B qrupu) , mikroelementlər( kalsiy,
fosfor, kaliy, maqniy, dəmir, sink, ftor) və əvəzsiz olam aminturşuları
vardır.



Darçın.

Darçın məhz qarın nahiyəsində olan yağlardan xilas olmaqda məşhur
sayılır. O, qanda olan şəkərin səviyyəsini normallaşdırır. Məhz bu
göstəricilər qalxdıqda insan aclıq hiss edir. Darçın da bundan əvvəl
sadaladığımız məhsullar kimi, maddələr mübadiləsini yaxşılaşdırmaqla
bərabər, bir tək qoxusu ilə orqanizmi aldadaraq toxluq hissi yaradır.
Bəlkədə bu hiss darçını daha çox şirin un məmulatlarına qatdığımız üçün
yaranır, amma təəssüf ki, darçın bu vəziyyətlərdə arıqlamğa kömək edə
bilmir. Beləliklə meyvə salatının üstünə əlavə etsəniz daha çox nəticə
görmüş olacaqsınız. Nəzərinizdə olsun ki, hamiləlik zamanı və qaraciyər
xəstələrinə darçın məsləhət görülmür.



Su.

Orqanizmə su çatışmadiqda metobolizm dayanır, o halda orqanizm özü su
əldə edir. Bu isə şiş və yağ ehtiyatının əmələ gəlməsinə səbəb olur.
Bundan əlavə bəzi hallarda aclığı susuzluqla səhv salmaq mümkündür, bu
halda çox yemək istədikdə 1 stəkan su içmək məsləhət görülür. Amma
nəzərinizdə olsun ki, susuzluğu yatıran və orqanizmi təmizləyən yalnız
sadə və təmiz sudur.



Yaşıl çay.

Dietoloqlar bu çayı gündə 2 fincandan az olmayaraq içməyi məsləhət
görürlər. Onun da tərkibində elə maddələr var ki, orqanizmdə maddələr
mübadiləsinin yaxşılaşdırır və ariqlamağa kömək edir. Unutmayın ki bu
məhsul xərçəng hüceyrələrinin yaranmasına mane olur , ürək və damarları
gücləndirir. Yalnız hər bir şey kimi bu məhsulu da qədərində içmək
lazımdır, çünki,o, çox içildikdə sinir sisteminə ayıldıcı təsir
göstərir.



Moruq.

O, hüceyrələri yağlardan tərkibindəki vitaminlər sayəsində azad edir.
Həmçinin moruq, sidikqovucu təsir göstərərək maddələr mübadiləsinin
tezləşməsinə səbəb olur və orqanizmi toksi n və şlaklardan təmizləyir.
Bilin ki, moruq nadir giləmeyvələrdən biridir ki, istiylə təmasda
olduqda (yəni bişdikdə) öz xeyirli xüsusiyyətlərini itirmir.



Sonda isə demək istərdik ki,sağlamlığınızı qoruyun... ziyanlı və orqanizminizə pis təsir göstərən məhsullardan uzaq olun..скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!