Daha çox ye, daha tez arıqla

Daha çox ye, daha tez arıqla
Dieta - Fitnes
10.09.2017 49
Bəzən tez zamanda arıqlamaq istəsək də, nəfsimizə qalib gəlməkdə
çətinlik çəkirik. Əgər siz də pəhriz saxlamaqda çətinlik
çəkənlərdənsinizsə, sizə sevindirici bir xəbərimiz var. Sən demə, çox
yeməklə də arıqlamaq mümkün imiş. Bu zaman əsas olan yediklərimizin
miqdarına diqqət etməkdir. Bəs bu zaman nəyi, nə qədər yemək lazımdır?
Sizə də maraqlıdırsa, məqalənin davamını oxuyun.

Bəzi hallarda biz arıqlamaq üçün əlimizdən gələni edirik: məşq
salonlarına gedirik, uzun müddətli qaçışa çıxırıq axşam evə qayıtdığımız
zaman isə bütün bu əziyyətimizin mükafatı kimi özümüzə yağlı, şirin,
bol kalorili yeməklər hədiyyə edirik. Əgər siz də bu sistem əsasında
işləyənlərdənsinizsə, xəbəriniz olsun ki, yalnış yöndəsiniz. Bütün
bunların əvəzinə səhər istədiyiniz qədər yemək yeməyiniz daha
məqsədəuyğundur. Mütəxəssislər hesab edirlər ki, gün ərzində alacağımız
bütün kalorinin 35-40%-ini səhər yeməyində qəbul etməli, sonra günümüzü
elə formada planlaşdırmalıyıq ki, qəbul etdiyimiz bütün kalorini yandıra
bilək. Bunun üçün isə səhər yeməyində daha çox süd məhsulları, eləcə də
yumurta və buğda çörəyi yeməyimiz məsləhət görülür. Çünki süd də digər
süd məhsullarının tərkibində olan zülallar əzələlərimizin artmasına,
eləcə də məşqdən sonra qəbul etdiyimiz yağları asanlıqla yandırmağımıza
kömək edir.



İkinci səhər yeməyi

Bu cədvələ uyğun olaraq səhər yeməyi ilə günortanın arasında ikinci
dəfə səhər yeməyi yeyə bilərsiniz. Səhər ikinci dəfə yemək yeməyiniz
daha az kalori qəbul etməyinizə şərait yaradacaq. Saat 3-4 arası
yeyəcəyiniz ağır günorta yeməyindənsə, günorta yeməyindən əvvəl qəbul
edəcəyiniz qidalar iştahınızı daha da azaldacaq.



Nahar yeməyi

Naharda da istədiyiniz qədər yemək yeyə bilərsiniz. Daha yaxşı olar ki
bu zaman menyunuza bol miqdarda tərəvəz, çərəz və meyvə daxil edəsiniz.
Yeməklə yanaşı, salat və sub yeməyi də unutmayın. Günorta nə qədər
vitaminli yemək yesəniz, orqanizminiz axşam yeməyinə bir o qədər hazır
olar. Axşam yeməyini müəyyən qədər azaltmağa məcbur olduğunuz üçün
günorta naharına xüsusi diqqətlə yanaşın.



Şam yeməyi

Bu zaman əsas yeməyə başlamazdan əvvəl göyərti və tərəvəzlə bol salat
yeməyiniz daha məsləhətlidir. Bununla siz aclığınızı müəyyən qədər
aradan qaldırmış olacaqsınız. Daha sonra əsas yemək kimi yağsız,
qızardılmış ət və ya somon balığı yeyə bilərsiniz. Ümumilikdə isə şam
yeməyini digər yeməklərdən fərqləndirən əsas cəhət bu zaman qəbul
edəcəyiniz kalorinin günün digər hissələrindəkinə nisbətən 12% daha az
olmasıdır. Buna görə də çalışın şam yeməyində boşqabınızı daha da
kiçildəsiniz.

Əziz kişilər, bu cədvəlin əsas məqsədi sizin yorucu məşqlərdən sonra
itirdiyiniz enerjini yenidən bərpa etməyinizdir. Buna görə də əgər bu
resept üzrə qidalanacaqsınızsa, sərt məşq planına başlamağı unutmayın.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!