Əmizdirən ananın arıqlaması üçün 7 sadə addım

Əmizdirən ananın arıqlaması üçün 7 sadə addım
Dieta - Fitnes
10.09.2017 113
Hamiləlikdə yığdığınız çəkidən qurtulmağa hazırsınız? Lakin əmizdirmə
prosesi boyunca çəki itirmək gözlədiyiniz kimi asan olmaya bilər.



"Əmizdirmə və çəki itkisi barədə müəyyən yalnış fikirlər mövcuddur” –
laktasiya üzrə məsləhətçi və "I Make Milk…What’s Your Superpower? ” adlı
kitabının müəllifi Jennifer Ritchie qeyd edir. "Bəzi insanlar inanır
ki, əgər süd əmizdirirsənsə, deməli çəki itirirsən. Digərləri elə
düşünür ki, süd əmizdirdiyiniz müddətdə əvvəlki çəkiyə qayıtmaq
çətindir.



Bu fikirlərdən heç biri doğru deyil. Əmizdirmə əlavə kaloriləri, daha
dəqiq desək, gün ərzində təqribən 850 kalori yandırır. Lakin, əmizdirmə
müddətində çəki itirmək həqiqətən hər kəsə nəsib olmur, çünki əmizdirmə
nəticəsində analar acır. Ac, yuxudan məhrum qalmış analar öz aclıqlarını
sadə karbohidratlarla yatırır – bu qidaları yedikdə çəki itirmək o
qədər də asan deyil”.



Normal, sağlam, yetkin insanlar yuxudan məhrum qalanda, onlar yuxusuzluğun yerini doldurmaq üçün karbohidrat qəbulunu artırır.



Özünüzü vadar etməyin

İnciməyin, amma hamiləlikdən əvvəl geyindiyiniz cins şalvarınız o dəqiqə
əyninizə olmayacaqdır. Hamiləlikdən sonra ilk həftələrdə onları
geyinməyə cəhd etmək sizi ruhdan salacaqdır. Körpəni dünyaya gətirmək
üçün bədəndə hər şeyin ölçüsü böyüyür: ombalarınız, döş qəfəsiniz. Artıq
çəkini yığmaq üçün 9 ay tələb olunubdur, odur ki, o çəkidən qurtulmaq
və əvvəlki bədəninizi geri qaytarmaq üçün özünüzə ən azı 9 ay vaxt
verin.



Heç olmasa doğuşdan sonra ilk iki həftə artıq çəkinizə fikir verməyin.
Doğuşdan sonrakı ilk həftələr kabusa çevrilə bilər. Elə bil ki, təlim
düşərgəsinə düşmüşünüz. O vaxt ərzində diqqətinizi körpənizdə cəmləyin
və pəhriz barədə narahat olmayın.

Əslində, çəki itirməyə fəal şəkildə başlamazdan əvvəl 6 həftə və ya
daha uzun müddət gözləyə bilərsiniz. Çünki ilk 6 həftə keçid dövrüdür.

Uşağın dünyanın ritmlərinə uyğunlaşması və ana ilə uşağın əmizdirmə
prosesini qaydasına salmaları üçün də təqribən o qədər vaxt lazımdır.
Diqqətinizi sərt pəhrizlərə və ya məşq planlarına yayındırmayın.



Əvəzləyin

Qəlyanaltı etməzdən əvvəl fikirləşin. Əlinizi kartof çipslərinə uzatmaq
əvəzinə, bir az pop-korn partladın. Yulaf süd əmizdirən və artıq çəkidən
qurtulmağa çalışan ana üçün möhtəşəm səhər yeməyidir. O sizi uzun
müddət doyumlu və insulin səviyyəsini sabit saxlayır.

Bişmiş kartof kimi nişastalı qidalar da karbohidratlara olan meylinizi
yatıra bilər. Qəhvəyi və yabanı düyü də yaxşı qarnir və qəlyanaltı ola
bilər.



Özünüzü müvəffəqiyyətə kökləyin

Bir gün rasionunuzu qaydaya salmaqla, növbəti günləri də lazımi şəkildə
qidalana bilərsiniz. Soyuducuda doğranmış meyvə və tərəvəz saxlayın,
sağlam qidaları bişirib buz dolabına yerləşdirin. Qaynadılmış tərəvəzlər
və ya digər tez hazırlanan qəlyanaltılar yediyiniz üçün məyus olmayın.
Əsas məsələ odur ki, sağlam qəlyanaltıları, qidaları əlinizin altında və
ya soyuducuda saxlayasınız, həmçinin qurabiyə və çipsləri özünüzdən
uzaq tutasınız.



Az-az, tez-tez yeyin

Əgər ana yeməklər arasında çox gözləyirsə, süd ifrazına təsir edən
hormonal dəyiyşiklik baş verir. Onun bədəni ehtiyatlardan enerji almağa
başlayır, bu isə insulin ifrazını azaldır və tiroid hormonunun
səviyyəsinə təsir edir. Bu isə bizim nə qədər süd ifraz etdiyimizə görə
cavabdeh olan prolaktin hormonunun səviyyəsini endirir.

Siz özünüzü çox ac hiss edəndə, yeməniz lazım olmayan bir qidanı yemək
ehtimalı çoxalır. Bunun əvəzinə, kalorilərinizi gün ərzində 6 hissəyə
bölün.



Kaloriləri nisbətən azaldın

Əgər siz ümumi kalori qəbulunu gün ərzində 1800 kaloridən aşağı salmır
və müxtəlif faydalı qidalar yeyirsinizsə, süd əmizdirdiyiniz müddətdə
pəhriz saxlamağınız tamamilə təhlükəsizdir.



İdman edin

Ciddi məşqlər rejiminə başlamazdan əvvəl 8 həftə gözləyin. Əgər
xüsusilə gərgin məşqlər etməyi planlaşdırırsınızsa, məşqlərdən yarım
saat əvvəl sağlam karbohidratlar yeyin.

Qaçmazdan əvvəl bişmiş kartof kimi nişastalı qidalar yemək həqiqətən süd ehtiyatınızın azalmasının qarşısını ala bilər.



İsrarlı olun

Hər kəs fərqli şəkildə çəki itirir, odur ki, əgər siz məşhur analardan
daha uzun müddət çəki itirirsinizsə, ruhdan düşməyin. Sağlam pəhriz
planı ilə əmizdirən analar adətən həftədə bir funt çəki itirir.

Xoşbəxtlikdən siz planınızı həyat tərzinizə uyğunlaşdıra və daha az
kalori qəbul etməyə və ya daha çox məşq etməyə özünüz qərar verə
bilərsiniz. Qəbul etdiyinizdən daha çox kalori yandırdığınız müddətdə,
siz çəki itirəcəksiniz. Odur ki, əgər ana sevdiyi qidaları yemək
iqtidarında olmaq istədiyinə qərar verirsə, o körpəsi ilə də yürüşə çıxa
bilər”.



Mənbə: www.thebump.com

Tərcümə edən: Xumar Ərşadlıскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!