Nikol Kidman və Ancelina Colinin pəhrizi

Nikol Kidman və Ancelina Colinin pəhrizi
Dieta - Fitnes
10.09.2017 61
Hollivud ulduzları Ancelina Coli və Nikol Kidman kimi məşhur qadınların necə formada qaldığı hər kəsi maraqlandırır. Sağlam qidalanmaya əməl edən və həftədə iki dəfə idmanla məşğul olan ulduzlar gözəl formalarını qidalanma prinsiplərini dəyişdirən, sağlam vərdişlərə yiyələndirən, zərərli qida vərdişlərini tərgitdirən "Toski Reno” pəhrizinə borcludurlar.



42 yaşlı Toski Reno bu pəhriz sayəsində 27 kilo arıqladıqdan sonra xanımlara da məsləhət görməyə başlayıb.



"Toski Reno” adlanan bu pəhrizin əsasında güclü qidalanma prinsipi durur.



Pəhrizə əməl edənlər hər iki və ya dörd saatdan bir kiçik porsiyalarla nələrsə yeməlidir.



Əslində pəhrizdə qadağan edilən qidalar yoxdur. Xanımlar bol meyvə-tərəvəz qəbuluna laqeyd qalmadan istədiyini yeyə bilər.



Pəhrizin əsas prinsipləri:

Gündə ən az 6 dəfə yeyin. Yediyiniz rasionu 6 yerə bölün. Bununla aclıq hiss etməyəcəksiniz.



Gündə 2 litr su için.



Tərkibində çoxlu ədviyyatlar olan ərzaqları yeməyin. Orqanik , mövsümi qidaları yeyin.



Hər yeməkdə proteinlə zəngin ət, balıq, yumurta, meyvə yeyin.



Gün ərzində porsiyaların ölçüsünə diqqətlə nəzarət etmək azımdır.



Toyuq - 150 qram



Taxıl, dənli bitkilər - ½ stəkan



Tam buğda çörəyi - 1 tikə



Fındıq, qoz - bir neçə ədəd



Meyvə - ovuca sığışan boyda, bir ədəd



Tərəvəz - böyük bir qisim



Şorba - 2 çömçə



Yeyilə biləcək qidalar:

Tərəvəz; kahı, xiyar, göbələk, yaşıl lobya, brokoli, balqabaq, ispanaq, şalğam, soğan, sarımsaq, kərəvəz, şirin kartof, balqabaq, pomidor



Meyvə; təzə giləmeyvə, çiyələk, böyürtkən, moruq, alma, banan, armud, avokado, quru meyvələr; ərik, quşüzümü, gavalı, kişmiş



Çörək; Qəhvəyi düyü çörəyi, tam taxıl çörəyi



Ət, quş əti, dəniz məhsulları, toyuq filesi, qızıl balıq, ağ balıq, mal əti, yumurta.



Süd məhsulları , soya, süd, yağsız qatıq, şəkər, kefir məhsulları



Fındıq, qəlyanaltılar, duzsuz badam, qoz,  duzsuz günəbaxan tumu



Təbii yağlar; kətan, zeytun , günəbaxan, balqabaq



Taxıl məhsulları, yulaf, buğda, qəhvəyi düyü, qarabaşaq yarması , darı, yulaf kəpəyi



Konservləşdirilmiş noxud, mərcimək, lobya, pomidor, tomat , qarğıdalı, noxud



Ədviyyatlar; xardal, tomat , şəkər, bal, balzam, sirkə, düyü sirkəsi, limon suyu, alma sirkəsi, qabartma tozu, vanil, tam buğda unu , dəniz duzu, nektar, sarıkök, darçın



İçkilər; yaşıl çay, qəhvə,  su



Gündəlik proqram

Səhər: yarım fincan qaynamış suda yulaf, 2 yemək qaşığı kətan toxumu, 2 yemək qaşığı badam ləçəkləri, 2 yemək qaşığı quru meyvə qatıb, bişirib yeyin.



Səhər qəlyanaltısı: alma, bir ovuc duzsuz qoz-fındıq



Günorta : Soya şorbası, tərəvəz salatı



Günorta qəlyanaltısı:  2 tikə çörək, 2 yemək qaşığı keçi pendiri, 1 pomidor



Nahar: yarım bişmiş kartof, 2 yemək qaşığı şorba, 150 qram bişmiş toyuq



Gecə qəlyanaltısı: banan, balzam sousu ilə yarım avokado, kəpək çörəkскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!