5 günə artıq çəkinizdən 5 kiloqram azad olun

5 günə artıq çəkinizdən 5 kiloqram azad olun
Dieta - Fitnes
10.09.2017 44
1-ci gün. İlk gün qaynadılmış, ya da közləmə kartof yeyəcəksiniz. İstədiyiniz qədər yemək şansınız var, amma nə duz, nə də çörək istifadə edilməmək şərti ilə. Gün ərzində şəkərsiz olmaqla istədiyiniz qədər çay, kofe, su içə bilərsiniz.

 

2-ci gün. Tərəvəz günüdür bu gün. Hamımızın bildiyimiz çoban salatı ən gözəl seçim ola bilər. Bu şərtlə ki, nə pendir, nə duz, nə də yağ istifadə edilməsin. Yarım ədəd limonun şirəsi isə sıxıla bilər. Pomidor, xiyar, acı, şirin bibər, baş soğan, göyərtilərdən də ürəyiniz istəyən hansı olsa doğrayın, qarışdırın. Bütün günü yeyəcəyiniz bu olmalıdır.

 

3-cü gün. İki gün orqanizmə bir qədər güc düşdüyü üçün zülal ehtiyatını toplamaq lazımdır. Bunun üçün mal əti, toyuq və ya balıq seçim edə bilərsiniz. Amma günə necə başladınızsa, o cür də davam etməlisiniz. Yəni mal əti ilə başlayıb toyuq əti ilə davam etmək olmaz. Çay, su əvvəlki günlərdəki kimi qəbul edilə bilər.

 

 

4-cü gün. Bu gün meyvə günüdür. Banandan başqa hansı meyvəni istəsəniz qəbul edin.

 

5-ci gün. Bu gün son gündür, son günə isə qaynadılmış yumurta ilə yekun vurmalısınız. Səhər 3 ədəd, günorta 2 ədəd, axşam da 2 ədəd yumurta yeyə bilərsiniz. Amma duz istifadə etməməklə. Qeyd: Yaxşı olar ki, pəhriz zamanı gündə 40 dəqiqə iti addımlarla təmiz havada gəzinti də olsun. Əgər deyilənlərə əməl etsəniz ən azından 5 günə 5 kilo çəki itirəcəyinizə əmin olun.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!