Birlikdə idman edək (1. hissə)

Birlikdə idman edək (1. hissə)
Dieta - Fitnes
10.09.2017 22
Yaşlanma, çəki alıb-vermə, günəşlənmək kimi faktorlar dəri və dərialtı toxumasında boşalmanı artıraraq, zamanla qol sallanmalarına səbəb ola bilər. Qolları möhkəmləşdirmək üçün hərəkətlər deyildiyində ağıla ilk əvvəl arxa qol triseps əzələlərimiz gəlir, çünki arxa qol əzələlərini məşq hərəkətləri ilə işlətdiyinizdə qollardakı sallanmalar aradan qalxır və bununla da qollarınıza daha möhkəm bir görünüş qazandırmış olursunuz.

Səhərlər ac qarına edəcəyiniz qol hərəkətləri əzələlərinizi inkişaf etdirmənizə köməkçi olub dərinin deformasiyasını minimuma endirəcək, sallanmaları da müalicə edəcək. Ürəyinizin də bir az sürətlənməsinə icazə versəniz, kardio məşq icra etmiş olarsınız. Yəni həm qollarınız sıxlaşıb bərkiyər, həm də maddələr mübadiləniz sürətlənərək yağ əritmənizi təmin edər...

Diqqət yetirməniz lazım olanlar:



Bədən toxumaları bərpa etmək və əzələ yaratmaq üçün zülala ehtiyac duyar. Zülal ala bilməyən bədən əzələ əldə edə bilməz. Çünki belə olduqda bədən zülal ehtiyacını qarşılamaq üçün əzələləri əritməyə və istifadə etməyə başlar və bu vəziyyət əzələ toxuması boşalmalarına, sonra sallanmağa səbəb olar. Ani çəki itkilərində də zülal azlığı əzələ toxumasında boşalmağa yol açaraq əzələ hüceyrələrinin əhəmiyyətli ölçüdə itkisinə səbəb olar.

Bu səbəbdən ötəri məşqlərdən sonra zülallı içki qəbul etməyə çalışın. Arxa qol əzələləri qol əzələlərinin 2/3 - ini təşkil edir. Qollarda sallanmaları aradan qaldırmaq üçün triseps əzələlərinizi qüvvətləndirməlisiniz. Triseps əzələsi 3 hissədən ibarət olan kompleks bir əzələ qrupudur. Bütün itələmə hərəkətlərində arxa qol əzələlərindən faydalanarıq.





скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!