Birlikdə idman edək - (4. hissə)

Birlikdə idman edək - (4. hissə)
Dieta - Fitnes
10.09.2017 25
Əziz xanımlar, idman etməklə biz həm sağlamlığımızın, həm də gözəlliyimizin qeydinə qalmış oluruq. Gəlin tənbəlliyin daşını bir kənara atıb hər gün heç olmasa 30 dəqiqə də olsa, evdə idmanla məşğul olaq.

Bu dəfə bel yırtığı ağrılarına son verən məşqlərlə tanış olacaqsiz, əvvəlcə bir az bel yırtığı haqqında.

Bel yırtığı , beldəki fəqərələr arasında yerləşən və bir növ amortizator funksiyasını yerinə yetirən diskin degenerativ dəyişikliyi nəticəsində meydana gəlir. Fəqərəarası diskin elastik quruluşa malik olması onurğanın dayanıqlılığına, hərəkətliliyinə və yüklənmələrə qarşı davamlı olmasına, onurğaya təsir edən zərbə şəklindəki qüvvələrin dəf edilməsinə və qüvvənin ətraf toxumalara bərabər bir şəkildə ötürülməsinə xidmət edir.

Tək və ya hər iki aşağı ətrafa yayılan ağrılar, ayaqlarda uyuşmalar , hərəkət məhdudluğu , yeriyən və oturan zaman ağrıların olması bel yırtığının ələmətləridir. Bel yırtığının pəncədə iflic, tez yorulma, sidik saxlaya bilməmək, yeriyə bilməmək kimi ağırlaşmaları meydana çıxa bilər.

Müasir diaqnostik metodlardan olan Maqnit Rezonans Tomoqrafiya (MRT) üsulu bel fəqərə arası disk yırtıqlarının təyin edilməsində mühüm əhəmiyyətə malikdir.







скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!