Qarın əritmək istəyənlərə xüsusi məsləhətlər

Qarın əritmək istəyənlərə xüsusi məsləhətlər
Dieta - Fitnes
10.09.2017 18
Standart bir çəkiyə sahib olan hər bir kəsin də az qala ən böyük problemlərindən biri heç şübhə yox ki, göbək bölgəsi piylənməsidir. Göbək bölgəsi yağlanmaları , əslində doğru üsullar ilə asanlıqla problem olmaqdan çıxardıla bilir.

İncə bir bədənə sahib olduğu halda qarın piylərindən əziyyət çəkənlərlə çox tez-tez rastlaşırıq. Hətta bəziləri televiziyalarda reklamı edilən maraqlı görünüşlü qarın əridən alətlərdən satın belə alırlar, lakin yenə də istədikləri bədən formasına nail ola bilmirlər. Yaxşı, bəs səbəb nədir, qarın piylərindən azad olmaq niyə bu qədər çətindir? Gəlin mütəxəssis fikirlərinə birgə göz ataq.

İstədiyiniz nəticəni əldə etmək istəyirsinizsə, mütəxəssis təkliflərinə əməl etməli və səbir göstərməlisiniz. Möhkəm və düz bir qarına sahib olmanın "açarı" əslində budur. İstənilən ölçülərdə, düzgün və mütənasib bir bədənə sahib olmaq və sizdə komplek yaradacaq qarından xilas olmaq üçün bunlara diqqət yetirməniz lazımdır:  Düz bir qarın istəyirsinizsə, diqqət yetirməniz lazım olan ən əhəmiyyətli nöqtə qidalanma mövzusudur. Yağlardan xilas olmaq üçün əvvəlcə qan şəkəri səviyyəsini nəzarət altına almanız lazımdır. Bu da ən yaxşı gündə 4-6 dəfə yeməklə təmin edilər. Təbii 6 pay deyincə ağılınıza masalar dolusu yemək gəlməsin. Bir pay, tərəvəzli bir omlet də ola bilər, meyvəli salat da, ya da yarım stəkan düyüdən hazırlanan plovla bir parça toyuq və bolluca salat və ya bir alma. Təməl olaraq üç əsas və üç ara pay qəbul edə bilərsiniz. Beləcə ehtiyacınız qədər zülal və karbohidrat və az miqdarda da yağ qəbul etmiş olarsınız.



Nisbətlər

Alınan kalorini yüzdə 80-nin karbohidratlardan gəlməsi halında , möhkəm və düz bir qarına sahib olmaq o qədər də mümkün olmur. Ərzaqlar dəyişə bilər, amma kalorilərin yüzdə 55-dən çoxunun karbonhidratdan alınması, bədəndəki yağdan qurtulmada bir köməkçi olmaz. Əhəmiyyətli olan, yüzdə 55 sərhədini aşmamaqtır .



Zamanlama

Bədənə daxil olan yağın miqdarı azaldıqca, bədən bir növ həyəcan təbili çalar, alınan yağı yığmağa çalışar. Bu səbəblə gün içində hər 2-3 saatdan bir, bir qədər sürətli hərəkət etmək təklif edilir. Bu, bədəndəki yağı "yandırmağa" köməkçi ola bilir.



Kalori

Yuxarıda göstərilənlərdən hamısını tətbiq etdiyiniz halda, yenə də düz bir qarına sahib ola bilməyənlər, çəkilərini sabit tutmaq üçün gündə neçə kalori alacaqlarını öyrənmələri lazımdır. Bunu da bir az sınaq yolu ilə öyrənə bilərsiniz. Ayrıca, qəbul etdiyiniz cəmi kalorini , neçə qram protein, karbohidrat və yağ qəbul etdiyinizin də qədərini yazmalısınız.



Kalori azaltma

Çəkini sabit saxlamaq üçün alınması lazım olan gündəlik kalori miqdarı olduqdan sonra, alınan kalori miqdarının 200 kalori qədər azaldılması lazımdır. Hədəf, yeyə bildiyiniz qədər yeyib, yenə də yağ yandırmağa davam etmək, amma bu vaxt da əzələ itkisinə uğramamaqdır. İlk həftədən sonra verdiyiniz çəkidən çox , bədəndə yığılmış su olacaq. Əsas ondan sonra çəki verməyə başlayacaqsınız.



Ardıcıllıq

Həftənin 6 günü bu proqram tətbiq edin, həftədə bir gün istənilən bir qidadan bir boşqab qəbul edə bilərsiniz. Ancaq burada əhəmiyyətli olan şey ifrata armamaqdır. Çünki qan şəkəri səviyyəsi təkrar yüksələ bilər ki, bu da yağ yandırmanızı dayandırar.



Ağır çəki qaldırmaq

Həftədə 2-3 dəfə ediləcək 35 dəqiqəlik ( bir saata da ola bilər ) ağır çəki qaldırma , həm bədəndəki əzələ kütləsini , həm də maddələr mübadiləsi sürətini artırar, çünki əzələ yağdan daha çox kalori yandırar. Bu şəkildə gündə 30 ilə 50 arası kalori yandıra bilərsiniz. Ağırlıq işinə qarın məşqlərini də daxil etməlisiniz. Beləcə bir tərəfdən bədəninizdəki yağ miqdarını azaldarkən, digər tərəfdən də qarınınızı "yığmış" olarsınız.



Kardio məşqlər

Həftədə 3-5 gün, 30-40 dəqiqəlik orta sıxlıqda ürək məşqləri ( gediş, qaçış, üzgüçülük, velosiped və s. ) edilməsi də təklif edilənlər arasındadır. Başlanğıc olaraq məşqin intensivliyi pilləli olaraq artırılmalıdır. Əgər çəkiniz sizi daha çox narahat edirsə, həftənin iki günü daha sıx program tətbiq edə bilərsiniz. Bunu nizamlı tətbiq etməklə, yediklərinizə də həmçinin diqqət edərək və bu altproqramı isə hər 3-4 həftədə bir dəyişdirsəniz, düz bir qarına sahib ola bilərsiniz.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!