Hamiləlik dövründə yaranan artıq çəkidən xilas üçün nə etməli?

Hamiləlik dövründə yaranan artıq çəkidən xilas üçün nə etməli?
Dieta - Fitnes
10.09.2017 19
Körpəyə qovuşmaq gözəldir. Ah, bircə bu hamiləlikdə əmələ gələn artıq çəkilər olmasa ... Amma unutmayın ki, onun da əlacı var. Necə?

Doğumdan sonra artıq çəki, istər-istəməz, bir qədər çəkilir. Bəs sonrası? Görəsən, əvvəlki normal çəkimizə nə vaxt qayıdacağıq? Bunun üçün xüsusi pəhrizlərmi əməl etməliyik? Məşq etmədən arıqlamaq olmazmı?

Əmizdirmənin çəki verməyə təsiri nədir?



Hamiləlik dövründə  yaranan artıq çəkidən xilas üçün nə etməli?



Hamiləlikdə alınan kilolar nə qədər müddətdə verilməlidir?



Doğumdan sonrakı ilk altı ay ərzində düzgün bir qidalanmada artıq çəkidən xilas olmanın heç bir qorxusu yoxdur. Ana nə ac qalmalı, nə də çox yeməlidir. Qazlı içkilər, yeməklər və çox şəkərli qidalar da yeyilməməlidir. Altı ay boyunca onsuz da artıq çəkidən xilas tam reallaşacaq.



Altı aydan sonra ana, bir pəhriz tətbiq etsə, çox rahat şəkildə artəq çəkisini təslim edə bilər. 20 kq artıq çəki alan bir ana, ilk altı aydan sonrakı dörd aylıq dövrdə köhnə ideal çəkisinə dönə bilər.



12 kq almış bir ananın üç ayda əvvəlki çəkisinə dönməsi lazımdır. Bu 12 kq-n ilk 6-7 kq-ı 6 ayda yalnız əmizdirməklə gedəcəkdir. 3-4 kq da doğumda itirmişdi. Qalan artıq çəki də 2-3 ayda, ən çoxu 6 ayda xüsusi bir pəhrizlə aradan qaldırıla bilər.



Hamiləlik dövründə  yaranan artıq çəkidən xilas üçün nə etməli?



Hamiləlikdə alınan kiloları vermək üçün xüsusi pəhrizlər varmı?



Artıq çəkidən xilas olmaq üçün doğumdan sonrakı altıncı aydan etibarən normal bir arıqlama pəhrizi tətbiq edilir. Amma bu pəhriz ana əmizdirdiyi üçün, hər kəsə tətbiq olunan pəhrizlə eyni olmaz. Ana normal bir insanla eyni enerjini itirməz. Əmizdirdiyi üçün daha çox enerji itirər.



Ananın qarın və çanaq bölgəsində yağın yığışmaması üçün pəhrizlə birlikdə idman da etməsi lazımdır. İdman olmadan bədəndə tam bir yığışma olmaz, əvvəlki elastik bədənə nail olmaq olmaz.



Hamiləlik dövründə  yaranan artıq çəkidən xilas üçün nə etməli?



Hamiləlik dövründə alınan kiloları vermək daha çətindirmi?



Çətin deyil, daha asandır. Hamiləlikdən sonra analar əmzirdikləri üçün əmizdirilmə zamanə artıq çəkinin bir hissəsi verilir. Amma hamiləlikdə yaranan artıq çəki ilə normalda yaranan çəki arasında çox böyük fərq yoxdur. Körpənin böyüməsinə və iştah açılmasına bağlı olaraq hamilələrdə daha sürətli çəki artımı baş veri, amma bu çəkini vermək normal çəkiləri verməkdən daha asandır.



Hamiləlikdə çəki, ümumiyyətlə, çanaq və qarında toplanır. Qadınlar çanaq və qarın qisimindən, kişilər isə, ümumiyyətlə, yalnız qarından çəki "qazanır"lar. Çanaqlarda əmələ gələn çəkinin hamiləliklə əlaqəsi yoxdur, tamamilə qadınlara xas bir vəziyyətdir. Göbəkdən çəki almaq isə hamiləliyə bağlı olaraq qarında ibarət olan böyük gərginlik və şişkinlikdən qaynaqlanar. Doğumdan sonrakı 3-4 aydan sonra bu şişkinlik tamamilə çəkilər.



Hamiləlik dövründə  yaranan artıq çəkidən xilas üçün nə etməli?



Əmizdirmək zəiflədər mı?



Xüsusilə ilk altı ayda yalnız ana südü vermək, gündə ortalama 300-400 kalorinin itirməsi mənasını verər. Ana altıncı aydan sonra əmizdirməyə davam etsə, artıq çəkini verməsi çox daha asanlaşar.



Doğumdan sonrakı ilk altı ayda pəhriz təklif etmirik. Amma bu, ananın hər şeyi yeyə bilər kimi i məna verməməlidir. Ana normal bir insanın yeməyi qədər yeməlidir. Bir pəhriz planı tətbiq etsə, yaxşı olar. Beləcə ana, həm arıq çəkidən xilas olacaq, həm də hamiləlik zamanı itirdiyi bir çox mineral, dəmir və kalsiumu öncə qazanacaqdır.



Hamiləlik dövründə  yaranan artıq çəkidən xilas üçün nə etməli?



Hamiləlik dövründə alınan kilolar üçün nə cür məşqlər edilə bilər?



Ana qeysəriyyə yolu ilə doğum edilərsə, bədənini və tikiş yerini həkim təyinatı ilə məcburi idmanlara tez bir zamanda sağalda caqdır. Altı ay boyunca, xüsusilə, gəzinti etmək artıq çəki verməkdə çox müsbət təsir göstərir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!