Tənbəl olmayın, idman edin!

Tənbəl olmayın, idman edin!
Dieta - Fitnes
10.09.2017 44
Yaz ayları gələn kimi hər kəs artıq çəkidən gileylənməyə başlayır, üstəlik idman üçün də tənbəllik edirlər. "Heç vaxtım yoxdur, idman üçün çox tənbələm, bunun bir asan yolu yoxdurmu?"-deyə, hamı soruşur. Özünə vaxt ayırmayan, idman üçün tənbəllik edən xanımlarımız üçün 3 sadə idman növü təqdim edirik.



Şəkildə göstərildiyi kimi uzanın, dərindən nəfəs alın, Ayağınızı bir qədər hündürdə saxlayıb hərəkətə başlayın. Elə hiss edin ki, ayağınızla kiçik dairələr cızırsınız, bu hərəkəti edərkən çalışın bədənininzi tarım saxlayasınız. 10-12 dəfə təkrar etdikdən sonra, digər yanı üstə eyni hərəkəti təkrarlayırsınız.

 

Yenə də yan üstə uzanın, ayağınıızın birini qatlayıb pəncəni yerə qoyun, altda qalan ayağınızı asta-asta endirib qaldırın. Yenə də diqqət edin ki, gövdəniz hərəkət etməsin. Bu hərəkəti də 30-40 dəfə təkrarlayın.

 

Əllərinizi və dizlərinizi yerə qoyun, Sonra dizlərinizdən sinənizə doğru düz bir xətt yaratmağa çalışın və bu xəttin pozulmamasına diqqət edin. Üç dəfə nəfəs alaraq, qollarınızı büküb aşağı enin və nəfəs alaraq başlanğıc formaya qayıdın. Bu hərəkəti etmək artıq xanımların gücünə bağlıdır. Heç vaxt məşq etməyənlər 10 hərəkətdən başlayıb, hər dəfə 3-5 hərəkət sayı artıra bilərlər. Amma, xanımlarımız unutmasınlar ki, yalnız məşqlə iş bitmir, həm də nümunəvi qidalanmağa fikir verməlidirlər, təmiz havada cəzintilər də öz yerində. Hər birinizə sağlam həyat və şux qamət arzulayıram!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!