Fitnes nədir və onun əhəmiyyəti

Fitnes nədir və onun əhəmiyyəti
Dieta - Fitnes
10.09.2017 42
Fitnes dedikdə, adamın ağılına ilk olaraq bədəni inkişaf etdirmə (Bodybuilding ) gəlir. Fitnes kimi edilən məşqlərin daha ayrı bir məktəb olduğunu və fitnes edənlərin çox fərqli bir idman sahəsi ilə maraqlandığını düşünlər də az deyildir. Halbuki fitnes sözünün mənası "sağlam olma, formada olma" deməkdir. Bu mənada fitnes çox geniş müxtəlifliyə malik olan digər fərqli məşq növləri kimi də xarakterizə edilə bilər. doğrudan da, fitnes istər alətli, istəsə də alətsiz olsun, bədən əzələlərinin tək-tək ya da qruplar şəklində işlədilməsi üçün edilən məşqlər toplusudur.



Fitnes nədir  və  onun əhəmiyyəti

Bədənin fiziki quruluşunun gücləndirilməsini məqsədini qarşıya qoyan fitness məşqləri, adamın seçiminə görə bir çox fərqli şəkildə və məkanda edilə bilər. Qısa olaraq deyə bilərik ki, bütün idman sahələrində istifadə edilən məşqlərin fitness işlərində də istifadə edildiyi deyilə bilər. Fitness etmə ilə bədən inkişaf etdirmə eyni mənaya gəlməməsinə baxmayaraq, insanların bu iki anlayışın eyni olduğunu düşünməsinin ən böyük səbəbi isə, fitness edən insanların bədənlərinin estetik görünməsi və əzələ nisbətlərinin çox olmasıdır. Quruluş məntiqi baxımından baxdıqda fitness ilə bədən inkişaf etdirmə arasında əsas iki fərq olduğu görülür. Fitness bədənin fərqli bölgələrində iştirak edən əzələ qruplarını inkişaf etdirmək və daha estetik görülən bir bədənə sahib olmaq üçün deyil, yalnız bədənin sağlam olması üçün edilir.



Fitnes nədir  və  onun əhəmiyyəti

Alətli və ya da alətsiz vasitələrlə yerinə yetirilən təmrinlər isə əzələlərin nizamlı fasilələrlə kütlə və həcm olaraq inkişaf etdirilməsi məqsədini daşıyır. Fitnesin təməl məqsədi sağlamlıq qazanmaq olduğundan, əzələ qruplarının inkişaf etdirilməsinə istiqamətli hərəkətlərdən başqa, "pedal çevirmə", sürətli tempdə gediş, qaçma, avar çəkmə kimi hərəkətlərlə məşqlər də daxildir. Fitneslə məşğul olan insanların bədən mütənasibliyi, daha incə bir quruluşa sahib olmasının səbəbi də, fitnes məşqlərinin əzələlərin böyüməsinə istiqamətlənməməsidir. Şübhəsiz ki, fitnes zamanı bədəndəki yağ nisbəti azalır və estetik mənada diqqət çəkən bir görünüş qazanılır. Unudulmamalıdır ki, bu vəziyyətin səbəbi adamın bədəninin sağlam hala gəldiyi üçün əzələlərin möhkəmləşməsidir. Fitnes təmrinləri ilə əzələlər həcm olaraq böyüməsə də, həm əzələlər, həm də daxili orqanlar nizamlı bir şəkildə fəaliyyət göstərdiyindən adamın bədənindəki yağ nisbəti azalır və bu səbəblə də fit bir görünüş meydana gəlir.



Fitnes nədir  və  onun əhəmiyyəti

Fitnes eynilə bəzi idman sahələri ilə məşğul olan şəxslərin etdiyi kimi yalnız müəyyən əzələ qruplarının işlədilməsi üçün də edilə bilər. Belə məşqlər insana yüksək səviyyədə kalori sərf etdirən, ona həm fiziki, həm də zehni olaraq da gümrahlıq qazandıran və əzələlərin güclənməsini təmin edən, eləcə də sürətli tənəffüs ilə bədən ritminin artırılmasına istiqamətlənmiş kompleks tədbirlərdir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!