İdeal gözəlliyin ən qısa yolu - Yapon pəhrizi

İdeal gözəlliyin ən qısa yolu - Yapon pəhrizi
Dieta - Fitnes
10.09.2017 14
İdeal bədən quruluşu, hamar və məxmər kimi dəri, gur saçlar, gözlərdə xoşbəxt parıltı, zərif və möhtəşəm yeriş, müsbət əhval - hər qadının ən böyük arzusudur. Bəs bu gözəlliyi necə əldə etmək olar?



Fərqli metodların sınandığı bu dövrdə gözəl olmağın birinci yolu pəhrizdir. Bunu nəzərə alaraq bütün dünyada son zamanlar məşhur olan yapon pəhrizini təqdim edirik.



Yaponların ənənəvi qida komponentlərindən ibarət olmasa da, yapon mütəxəssisləri tərəfindən hazırlandığından yapon pəhrizi olaraq bilinir. Bu pəhrizə əməl etməklə 2 həftə ərzində 8 kiloqram arıqlaya bilərsiz.



Yapon pəhrizi 13 günlük nəzərdə tutulub. Yüksək keyfiyyət və faydasına baxmayaraq, ildə bir dəfədən çox saxlanması məsləhət deyil. Pəhriz müddətini azaltmaq da olmaz. Ciddi pəhriz ardıcıllığına riayət etmək, gündə 1.5 litr mineral su içmək, un, qənnadı məmulatları, duz, şəkər, spirtli içki istifadəsini dayandırmaqla pəhrizin faydasını görəcəksiz.



13 günlük pəhrizin qida rasionuna qəhvə, alma, balıq, mal əti, meyvə, tərəvəz, qatıq  və pomidor suyu daxildir. Qəhvəni yaşıl çayla da əvəzləyə bilərsiz. Klassik yapon pəhrizinə düyü, lobya və azca şəkər də daxildir. скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!