Üz yoqası necə edilir? - Qayda

Üz yoqası necə edilir? - Qayda
Dieta - Fitnes
10.09.2017 35
Necə ki, bədənimizə şəkil vermək üçün əzələlərimizi çalışdırırıq, idman ediriksə, eyni şeyi üzümüz üçün də etməliyik. Bununla üz bölgəsində deformasiyaya uğramış əzələləri yaxşılaşdıra, görünüş və baxışlarınızı yeniləyə bilərsiz. Qırışları və sallanmaları ortadan qaldırmağa elə indidən başlayın!



Hər gün 15 dəqiqə edəcəyiniz üz yoqası çox işinizə yarayacaq.



Ana sinir sistemimiz alın bölgəsində yerləşir. İlk olaraq orta barmaqla alını yuxarıya doğru masaj edin, ancaq çox təzyiq etməyin. Üz əzələləri gəvşəyəcək və rahatlayacaq. Bunu və digər hərəkətləri ən az 3 dəfə edin.



Orta barmağı qaşın üzərinə qoyub həm yuxarıya, həm də yana doğru hərəkət etdirin. Hər iki qaşınızı eyni anda edin. 10 saniyə saxlayın. 10 saniyə nəfəsinizi tutub həm də qaşları idman etdirin sonra buraxın.



Bütün üz əzələləri üçün gözlərinizi mümkün olduğu qədər geniş açın. İşarət və baş barmağınızıla gözlərinizi tutun. Digər üç barmağı yuxarıya qaldırın. Önə baxıb 10 saniyə gözləyin. Nəfəsinizi də tutun.



Dodaqlarınızı içəriyə çəkib balaca "u” şəklilinə salın sonra gülərək böyük "o” edin.



Arxaya söykənin, düz oturun və çənənizi önə çxarın. Dilinizi içəridə üst damağa yapışdırın. Çənənizi önə doğru uzadın və 10 saniyə gözləyin.



Gözlərinizi tam açın. Baş barmaqlarınızın iç qismlərini gözlərinizin tam kənarına qoyun. 10 saniyə qarşıya baxıb sonra buraxın

 

Qələm idmanında qələmin arxa ucunu dişlərinizlə tutun. Dodaqlarınızı qələmin ucuna doğru bacardığınız qədər uzadın. 10 saniyə gözləyin. 20 dəfə edin.



Qələmi dodağınızla tutub çevirin. Çənənizi önə çıxarın və yanaqlarınızı gülürmiş kimi edin.



Üst dodağı qaşığın ucuna qoyun. Alt dodağı uzağa itələyin, sonra aşağı doğru uzadın. Qaşığı yuxarı qaldırın və 2 saniyə saxlayın.



Burnunuzdan nəfəs alıb ağzınızdan şara nəfəs verin. İlk günlər alma qədər, sonra yavaş-yavaş şarın ölçüsünü böyüdün. Bu hərəkət ağciyərləri açır və yanaqları çalışdırır. Nəfəsinizi qətiyyən udmayın.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!