Arıqlamağa qoymayan mərəz

Arıqlamağa qoymayan mərəz
Dieta - Fitnes
10.09.2017 29
Dəmir çatışmazlığı bir sıra xəstəliklərə səbəb olan problemdir. Ancaq yeni araşdırmalar göstərib ki, dəmir çatışmazlığından əziyyət çəkənlər köklüyə daha meyllidirlər. Üstəlik,  onlar istəsələr də, arıqlaya bilmirlər. Yəni kök insanda dəmir əskikliyi varsa, o nə qədər pəhriz saxlasa da, arıqlaya bilməyəcək. Çünki dəmir çatışmazlığı müəyyən hormonların nisbətinin  pozulmasına səbəb olur ki, bu da kökəlməklə nəticələnir. Dəmir çatışmazlığı arıqlama prosesinin də qarşısını alır.

 

Dəmir çatışmazlığına daha çox böyümə çağındakı uşaqlarda, menstruasiya olan gənc qızlarda, hamilələrdə və uşaq əmizdirən analarda, həmçinin sağlam qidalanmayan insanlarda rast gəlinir.

 

Hər ay mütəmadi olaraq menstruasiya keçirənlər 1 ml qanla 5 mg dəmir itirirlər.

 

Bu itirilən dəmir bərpa edilməlidir.

 

Dəmir çatışmazlığından əziyyət çəkən insanlar tez-tez acırlar. Ona görə də arıqlaya bilmir, hətta gün keçdikcə daha da kökəlirlər. Ən pisi isə odur ki, belə insanlar pəhriz saxlasalar, təhlükəli xəstəliklərə yaxalana bilərlər.

 

Mütəxəssislər tez-tez acan və üşüyən insanlara qan azlığı və dəmir çatışmazlığından şübhələnmələrini və həkimə müraciət etmələrini tövsiyə edirlər. Əgər arıqlaya bilməməyinizin səbəbi dəmir çatışmazlığıdırsa, o zaman bol miqdarda dəmir ehtiva edən qidalar yeyərək bu problemi kökündən həll etməlisiniz.

 

Qeyd edək ki, orqanizmdə dəmir çatışmazlığı baş verdikdə yorğunluq, əsəbilik, yuxusuzluq, saç tökülməsi kimi əlamətlər ortaya çıxır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!