Pəhriz zamanı yol verilən yanlışlıqlar

Pəhriz zamanı yol verilən yanlışlıqlar
Dieta - Fitnes
10.09.2017 16
1. Çoxumuz səhər yeməyini yemirik və pəhriz zamanı bunu müsbət hal kimi qiymətləndiririk. Amma bu, yanlış fikirdir. Çünki səhər yeməyini yeməmək bizi günorta çox yeməyə məcbur edir.



2. "Bütün həftə boyunca qidalanmağıma nəzarət edib, həftə sonu özümü mükafatlandıra bilərəm" inancı da çox yanlış bir addımdır. 5 gün az yedikdən sonra hamburger və ya şirniyyatlar yemək əksinə, çəkinin artmasına səbəb olur.



3. Pəhriz içkilərinin kalorisinin olmaması düşüncəsi və bu səbəblə də artıq çəkinin olmayacağı fikri növbəti yanlış düşüncədir.



4. Sağlam olan qidaların istənilən qədər yeyilə biləcəyi düşüncəsi də tez-tez rastlanan bir səhvdir. Bəzi sağlam qidalar iştahaçandır və çox kalorilidir.



5. Pəhriz saxlayarkən yağdan tamamilə uzaq dayanmaq səhv addımdır. Heç yağ istifadə etməyənlər doymur və daha çox yemə ehtiyacı duyurlar.



6. Çox pəhriz saxlayıb, kifayət qədər çox arıqlayanlar çəkilərinə nəzarəti uzun müddət saxlaya bilmirlər. Pəhrizdən sonra yenidən artıq çəki problemi yaranır və çəkiləri əvvəlkindən daha çox artır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!