Qvinet Peltrou kimi yaşımıza qalib gələk (1)

Qvinet Peltrou kimi yaşımıza qalib gələk (1)
Dieta - Fitnes
10.09.2017 38
Qvinet Peltrou klassik fitnessdən çox yoqa ilə məşğul olmağa üstünlük verir. Yoqa zamanı düzgün nəfəs alma yolu ilə həm əsəblər sakitləşir, həm də insan bədən formasını lazımi qaydada saxlaya bilir. Belə intensiv təcrübə qan axınını sürətləndirir, daxili orqanların fəaliyyətini stimullaşdırır. Aştanqa vinyasa adlanab bu yoqa hərəkətinin fasiləsizliyi sayəsində bədənin bütün əzələləri əla işləyir. Bu hərəkətlərdən sonra siz fiziki yorğunluq hiss edirsiniz və bütün bədən üzvlərinizdə isinmə və yorğunluq özünü biruzə verir. Peltou Qvinetin sözlərinə görə, o həftədə 6 dəfə yoqayla məşğul olur və bunun üçün səhər saat 04:30 da yuxudan durur. Aktrisa deyir ki, "Sadəcə, özümə qarşı çox tələbkaram və bilirəm ki, müntəzəm məşğul olaraq və aldığım və verdiyim nəfəslərimdən düzgün istifadə edərək, özümü xeyli yaxşı hiss edirəm". Əslində yoqanın tam bir seansı 60-90 dəqiqədir. Əgər buna onun vaxtı yoxdursa, o, mütləq gün ərzində 15 dəqiqə bunun üçün vaxt ayırır. Biz demirik ki, bu qədər tez durub yoqa ilə məşğul olmaq məcburidir. Siz bunu sizə rahat olan hər bir zaman çərçivəsində edə bilərsiniz. Əsas odur ki, yoqa ilə məşğul olmaq üçün yeməkdən ən az 3 saat keçməlidir. Bir də seans zamanı unutmayın ki, nəfəsinizi idarə edin. Onu normal, dərindən və sakit almağa çalışın. Bundan başqa bütün bədəni düzgün saxlayın, əzələlərə xüsusi diqqət yetirərək çanaq dibinin əzələlərini və qarın əzələlərini zəiflətməyin.



1-ci həftə:



Öncə əllərinizi birlikdə tutaraq durduğunuz istiqamətdə tutun.



Nəfəsinizi alaraq əllərinizi birlikdə başınızın üzərinə qaldırın və onurğa sütunu boyunca uzadın.



Sonra nəfəsinizi verərək irəliyə doğru əyilin və əllərinizlə döşəməyə toxunun.



Sonra nəfəsinizi geri alıb yenidən ayaq üstə durub əllərinizi birləşdirərək onurğa sütunu boyunca başınızın üzərinə qaldırın.



Sonra nəfəsinizi alın və əllərinizi aşağı doğru uzadıb rahatlaşın.



Barmaqlarınızı döşəməyə toxunduraraq əyilin.



Döşəməyə əllərinizin içini qoyun və ayaq barmaqlarınızın üzərində uzanaraq nəfəsinizi içəriyə doğru çəkin. Bu zaman bütün ağırlığın çiyinlər üzərinə düşdüyünü hiss edəcəksiniz.



Sonra başınızı tavana doğru qaldıraraq çəkdiyiniz nəfəsinizi geri verin.



Yenidən nəfəsinizi içəri çəkərək belinizi qaldırıb, başınızı döşəməyə tərəf gətirib bu vəziyyəti alın.



Və yenidən içəri çəkdiyiniz nəfəsi geri verərək ayaq barmaqlarınızın ucunda və əlləriniz döşəmədə bu vəziyyəti alın.



Və yenidən əvvəlki hərəkətləri edərək geri dönünün.



Sonda ilk durduğunuz vəziyyəti alın və bir neçə saniyə dərindən nəfəs alın və verin.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!