Hərəkətin möcüzəvi gücü (1)

Hərəkətin möcüzəvi gücü (1)
Dieta - Fitnes
10.09.2017 44
Fiziki  məşğələlərin  faydası



Düzgün  məşğələlər  sizə  bir  ovuc  həbdən  daha  yaxşı  kömək  edər. Özünüzə  qulluq  edin – müntəzəm  surətdə  idman  və  ya  bədən  tərbiyəsi  ilə  məşğul  olmağa  başlayın.



İdman  məşğələləri:



- ürəyin  fəaliyyətini  yaxşılaşdırır, ürək  əzələlərini  möhkəmləndirir;



- qan  təzyiqiniz  yüksəkdirsə, fiziki  məşğələlər  onu  aşağı  salar. Əgər  təzyiq  aşağıdırsa , onda  fiziki  məşğələlər sayəsində  normal  səviyyəyə  yüksələr;



-qanın  oksigen  daşıma  qabiliyyətini  artırır;



-nəbzin  tezliyini  azaldır. Bu  vacibdir,çünki, ürəyin  artıq  yüklənməsi  lazım  deyil. Əgər  sakit  halda  nəbziniz  80 dəfə  vurursa, bu  o deməkdir  ki, sizin  ürəyiniz  artıq  yüklənib ;



-qan  dövranını  yaxşılaşdırır ;



-kimyəvi  aktivliyi  artıraraq , tənəffüsün  daha  da  dərinləşməsinə  səbəb  olur. Bu  zaman  ağciyərlər  genişlənir  və  onların  işi  daha   effektiv  olduğundan , orqanizmdən  daha  çox  karbon  qazı  xaric  edilir ;



-əzələlərin  gərginliyini  aradan  qaldırır  və  neqativ  emosional  sıçrayışları  zəiflədir. Siz  özünüzü  yaxşı   hiss  edirsiniz, daha  az  əsəbləşir   və  qıcıqlanırsınız



-qazların  miqdarını  və  qəbizliyin  tez-tez  baş  verməsini  aradan  qaldıraraq , həzm  prosesini  və  ifrazatı  yaxşılaşdırır ;



-əzələləri , sümükləri , vətərləri  möhkəmləndirir ;



-bədən  quruluşunuzu  yaxşılaşdırır ;



-təkcə  kalorinin  yanması  hesabına  deyil , həm  də  metabolizmin  tempinin  nizamlanması  yolu  ilə  artıq  çəkidən  azad  olmağa  kömək   edir ;



-qocalma  prosesini  zəiflədir ; daha  cavan  görünməyə  başlayırsız ;



-dözümlülüyü  artırır  və  yorğunluq  hissini  kənarlaşdırır , emosional  yorğunluq  üçün  ən  yaxşı  dərman  hesab  olunur ;



İdman  məşğələlərinin  bütün  üstünlüklərini  hiss  etsəydi, bir çoxları  fiziki  fəallığa  razılıq  verərdilər.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!