İştahanı azaltmanın incə nöqtələri

İştahanı azaltmanın incə nöqtələri
Dieta - Fitnes
10.09.2017 24
Artıq çəkiyə ən çox səbəb olan faktorlardan biri də iştahadır. Qida mütəxəssisləri bu qənaətdədirlər ki, iştahanı da nəzarət altənda saxlamaq mümkündür və lazımdır: "İştahanı idarə etmək çox əhəmiyyətlidir ki, bu da sizin formada qalmanıza kömək edir."



İştahı azaltmanın yolları



Səhər yeməyi: Gecə boyunca orta hesabla 12 saatlıq bir aclıq yaşayarıq. Yatarkən aclığımızı fərq etməsək də, bədən gecə boyu işə və enerji xərcləməyə davam edər. Gecə yuxusundan sonra bədəni və beyni təkrar qida elementləri ilə və enerji ilə səhər yeməyində doldurmasaq halsız və psixoloji əsəbilik başlayır. Xüsusilə məktəb yaşındakı uşaqların məktəb müvəffəqiyyəti üçün səhər yeməyi çox əhəmiyyətlidir.



Kafein-tein: Yaşıl çay və qəhvə gündə 2 dəfə qəbul edilməlidir. Xüsusilə yaşıl çayın antioksidant xüsusiyyəti çoxdur.



Saqqız: Xüsusilə günortadan sonra 1 qəlyanaltını əvəz edir, hər gün 25 kalori daha az qəbul edilir, bu da həftədə 175 kalori az qəbul etmək deməkdir.



Darçın: Qan şəkərini həm salar, həm də sabit saxlayar.



Yağ: Yeməkdən sonra qəbul edilən yağ, mədənin yavaş boşalmasını təmin edir, öd sekresiyasını artırır və bizi tox hiss etdirir. Zeytun yağı, kokos yağı və kətan yağı yeməklərdə mütləq olmalıdır. Fındıq, qoz, badam da istifadə edilməlidir.



Lifli qidalar: Sağlam ürək və gözəl bir görünüş təmin edən pəhrizdə, lifli qidalar həzm sistemimizin nizamlı işinə kömək olur, gec həzm olunduğundan gec açlıq hiss edilir. Bundan əlavə qandakı yüksək xolesterolu salmağa və qan şəkərinin səviyyəsini sabit saxlamağa kömək edə bilər



Limon: Həzm sisteminin sağlam işini təmin edir. Mədə turşusu istehsalını artıraraq həzmi çətin qidaların (yağlı qidalar, qırmızı ət və s.) həzminə kömək edir. Limon suyu eyni zamanda qaraciyərin öd istehsalını artıraraq yağların həzmini asanlaşdırır.



Zülal: Zülallar karbohidratlardan və yağlardan daha uzun müddət tox tutar.

Birlikdə karbohidratla qəbul edilərsə, həzm yavaşlayar kilo verməniz çətinləşər. İdeal pəhrizdə nəticə əldə etmək üçün, ilk 7 gün heç karbonhidrat qəbul etmədən, yalnız zülal istehlak etməkdir.



Qulaqdakı iştah nöqtəsini xəbərdar edin: Çox acdığınızda "tragus" nöqtəsinə (qulaqla yanağın birləşdiyi yerdəki çıxıntılı qığırdaq hissəsi) baş və işarə barmağınızla təzyiq etsəniz və ya masaj etsəniz davamlı toxluq hiss edərsiniz.Bəzi insanlar davamlı olaraq həmin nöqtəyə təzyiq edərək iştahı azaltmaq üçün həmin hissəyə sırğa taxmağa üstünlük verirlər."скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!