Sizi ayda 10 kiloqram arıqladacaq pəhriz

Sizi ayda 10 kiloqram arıqladacaq pəhriz
Dieta - Fitnes
10.09.2017 17
Müxtəlif pəhrizləri sınaqdan keçirib, arzuladığınız çəkiyə çatırsınız. Amma bir müddət sonra yenidən kökəlmək insanın bütün əziyyətini alt-üst edir. Ya da saxladığınız pəhrizin effektini uzun müddət hiss etmək üçün qida rasionundan hansısa yeməkləri çıxartmalı olursunuz. Elə isə nə etməli?



Pəhrizin əsas prinsipi:

• Effektini uzun müddət qoruyur

• Orqanizmdən zərərli maddələri kənarlaşdırır

• Aclığı dəf edir

• Orqanizm gücdən düşmür

• Çox kök və müxtəlif xəstəliklərdən əziyyət çəkən insanlarda öz effektini dərhal göstərir.



Pəhrizin qaydası:

• Ancaq ekoloji təmiz ərzaqlarla qidalanmalı

• Keyfiyyətini uzun müddət saxlaya bilən qidaları yeməli (konservantlar nəzərdə tutulmur)

• Filtrdən keçirilmiş adi çiy su içmək

• Hər səhər pərinci (spelta - buğda növüdür) suda qaynadıb, acqarnına yemək. Pərinc mədədə gec həzm olunur və gün ərzində insanı tox saxlayır.



Bədən tipi:

Pəhrizi saxlamazdan əvvəl bədəninizin tipini müəyyən etmək vacibdir.



Tip Alfa – Oturanda belini bükür, çiyinləri enli, bədəninin aşağı hissəsi arıqdır. Bu tipə adətən, idmançılar aid edilirlər. Alfaların saçları qalın olur. Onlar daim yeni ideya axtarışında olub, riskdən çəkinmirlər.



Alfa yaxşı həzm edir: Heyvan mənşəli yağları, qara unu, südü, qaymağı, pendiri, qızardılmış qidaları, əti, balığı, yaşıl və az miqdarda qara çayı, giləmeyvələri, günəbaxan tumunu, ilıq içkiləri.



Alfalar gün ərzində gündə 2-3 dəfə böyük paylarla yeyə bilərlər.



Alfalara qadağan olunur: Bitki yağı, ağ un, şirniyyatlar, soyutma ət, balıq, şəkər, çəyirdəkli meyvələr, pomidor, banan, kofe, meyvə şirəsi, bal.



Tip Omeqa - Onları düz oturuşundan tanımaq olar. Omeqaların saçları nazik, sümükləri xırda, əlləri kiçik, budları iri, bədəninin yuxarı hissəsi arıq olur. Onlar öyrəşdikləri şeyləri sevirlər və işlərini məsuliyyətlə yerinə yetirirlər.



Omeqa yaxşı həzm edir: Bitki yağını, turşuluğu az olan qidaları, qara unu, piroqu, əriştəni, soyutma əti, balığı, zülalı bol olan yeməkləri, yağsız südü, pendiri, şəkəri, təmiz balı, meyvə şirəsini, kofeni, çəyirdəkli meyvələri, pomidoru, bananı.



Omeqa gün ərzində az-az və tez-tez yeməlidr...



Omeqaya qadağan olunur: Heyvan mənşəli yağlar, piy, ağ çörək, acı ədviyyatlar, qızardılmış ət və balıq, çox qaynar içkilər.



Hər iki tip yaxşı həzm edir: Ənciri, yaşıl salatı və düyünü.



Ayın vəziyyəti:

• Ay çıxmazdan bir neçə gün əvvəl ekoloji təmiz meyvələri böyük paylarla yeyib, təbii meyvə şirəsi için. Təzə Ay çıxmazdan 2-3 gün əvvəl isə yeməyi azaldın. Oruc tutun. Yeni Ay çıxan günü 2 litrə yaxın su için.

• Ay hilal olanda az yemək və qidanın keyfiyyətinə fikir vermək lazımdır. Axşam saat 6-dan sonra yeməyin. Axşam saat 7-yə kimi su için. Tonuslaşdırıcı yağlarla bədəni masaj edin.

• Bədirlənmiş Ay: Ay bədirlənməzdən 2-3 gün əvvəl çoxlu meyvə yeyib, təbii meyvə şirəsi için. Ay bədirlənən zaman az yeməyə çalışın və axşam saat 6-dan sonra ümumiyyətlə, yeməkdən imtina edin. Oruc tutun. Bu, qan dövranını yaxşılaşdıracaq. Bu ərəfədə 2 litr su için.

• Azalan Ay: Adət etdiyiniz kimi qidalanın və yeməyin keyfiyyətinə fikir verin. Axşam saat 7-dən sonra yeməyin. Bu ərəfədə bədəni masaj etsəniz, orqanizm şlak və toksinlərdən təmizlənər.



Bu pəhrizlə ayda 10 kiloqram arıqlamaq mümkündür.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!