Beli incəldən hərəkətlər - FOTOLAR

Beli incəldən hərəkətlər - FOTOLAR
Dieta - Fitnes
10.09.2017 29
Okan Universitetinin  fizioterapiya və reabilitasiya fakültəsinin professoru Qamze Şenbursan qısa müddətdə arıqlamaq istəyənlər üçün 5 məşq təklif edir. Bu məşqlərə hər gün 15 dəqiqə vaxt ayırmaq kifayət edəcək. Türkiyə mətbuatının istinadən, Qamze Şenbursanın təklif etdiyi 5 məşqi təqdim edirik:



Plank: Məşqçilər arıqlamaq istəyənlərə çox zaman plank məşqini tövsiyə edirlər. Bu hərəkət bədənin bir çox əzələlərini işlətsə də, xüsusi ilə qarın əritmək üçün effektlidir. Üzü üstə uzanıb dirsəkləri yerə qoyun. Daha sonra sıra ilə sinəni, ombanı və ayaqları yerə yaxınlaşdırın. Belə vəziyyətdə 20 saniyə gözləyin, sonra  yavaş-yavaş qalxın. İkinci gün də 20 saniyə edin. Daha sonra hər 2 gündən bir 10 saniyə artırın.







Körpü hərəkəti: Arxası üstə ayaq dabanları yerə dəyəcək şəkildə uzanın, dizləri bükün. Düz bir xətt halında ombanızı qaldırın. Son nöqtədə 5-ə qədər sayın. Yavaşca aşağı düşün.







Krunç: Arxası üstə uzanıb dizlər bükülü halda sola doğru qalxın, eyni anda sol dizinizi özünüzə tərəf çəkin. Sağ dirsəyinizi sol dizinizə dəydirməyə çalışın. Sonra sol dirsəyinizi sağ dizinizə dəydirməyə çalışın.







Simit məşqi: Ayaq üstə dayanın və bir əlinizə qantel alın. Omba və ayaqları sabit şəkildə saxlayıb kürəyinizi sağa çevirməyə çalışın. Sonra sola doğru çevirin.







Yan qarın idmanı: Ayaqda durarkən idman alətini boynun arxasına keçirərək çiyinlərinizə yerləşdirin, dəmiri öndən əllərinizlə tutun. Ayaqları çiyin bərabərliyində  açın. Sonra oturun durun.







Hərəkətləri gündə maksimum 50 dəfə edin. Çünki həddən artıq edilən məşq əzələ ağrılarına səbəb ola bilər. Məşqlər zamanı nəfəsinizi əsla tutmayın, xüsusi ilə qarın əzələsini işlədərkən dərindən nəfəs alıb-verin.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!