Ramazan ayının super dietik 5 qidası

Ramazan ayının super dietik 5 qidası
Dieta - Fitnes
10.09.2017 12
Dietoloq Emre Uzun Ramazan ayında kilo almadan necə bəslənmək lazım olduğundan bəhs edərkən 5 qurtarıcı qidanın sirrlərini açıqlayır.



Normal halda bəslənmə proqramı gün ərzində 3 və ya 4 dəfə yeməyi nəzərdə tutursa, bu Ramazan ayında 2 dəfəyə düşür; günəşin çıxmasından batmasına qədər ac qalır insan. Bu müddət ərzində yemək yeyilmədiyinə görə axşam vaxtı çox yemək yeyildiyində kilo artımı problemləri ortaya çıxır. Belə problemlər yaşamamaq üçün dietoloq xüsusilə sahur vaxtı yeməyini qəti ötürməməyi, mütləq ağır və yağlı yeməklərdən, kafein tərkibli kofe və kakao içkilərindən uzaq durmağı vurğuluyur. Yay aylarında artan istilər səbəbindən sahurda və iftardan sonra ara verərək bol su içilməsini tövsiyə edir.



Qadınlar.biz Ramazan ayında kilo almağınızı önləyəcək və sizi tox tutacaq super dietik 5-liyi açıqlayır:



1.Yumurta

Ana südündən sonra ən keyfiyyətli proteinə sahib olan yumurta tox tutmaqda əvəzedilməz qida növüdür. Az kalorili, yüksək protein tərkibli yumurtanı sahurda qaynadılmış halda və ya qayğanaq bişirərək yemək toxluq müddətini artırmış olacaq.





2. Buğda çörəyi

Tez doymanıza kömək edən buğda çörəyi karbohidrat qrupundan bir qida olduğu üçün uzun müddət tox qalmağınıza kömək edəcək.





3. Süd və süd məhsulları

Sahurda süfrənizdə süd və süd məhsullarına yer ayırsanız, toxluq müddətinizi uzatmaqla bərabər, tərkibindəki kalsiumun yağ yandırıcı təsirindən də faydalanmış olacaqsınız.



4. Salatlar

Kökəlmək istəməyən və toxluq müddətini uzatmaq istəyən hər kəsin süfrəsində yer alması vacib olan salatlar həm də orqanizminizi vitaminsiz qoymayacaqdır. Lakin salatları sirkə və ya limonla hazırlamaq lazımdır.





5. Darçın

Qan şəkərini tənzimləyən, immuniteti sürətləndirən darçın möcüzə ədviyyatlar arasındadır. Ramazan ayı boyunca darçından bol miqdarda istifadə etmək toxluq müddətini artıracaq. Darçını süddə, qatıqda, su və ya çayınızda istifadə edə bilərsiniz.



Yay aylarında keçən Ramazanda aclıqdan daha önəmli olan susuzluqdur. Su içməklə bərabər, tərkibində su çox olan qidalardan da faydalanmaq lazımdır.Susuzluğumuzuöldürəcək qidaların kralı isə qarpızdır. Tam bir yay meyvəsidir, az kalorili olduğundan kilo almağınızın da qarşısını almış olacaq.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!