Sürətli gəzişi sınayın

Sürətli gəzişi sınayın
Dieta - Fitnes
10.09.2017 17
Pul xərcləmədən, idman zalında saatlarla əziyyət çəkmədən artıq kilolardan azad olmaq istəyənlər, sürətli gəzişi sınaqdan keçirin.



Sürətli gəziş qan dövranını yaxşılaşdırır və onu tənzimləyir. Ürək əzələləri daxil olmaqla bütün əzələləri gücləndirir, damarlarda tıxac əmələ gəlmə və ürək infarktı riskini azaldır. Sürətli gəziş maddələr mübadiləsini sürətləndirir, mədə-bağırsaq sisteminin işini yaxşılaşdırır: qəbzlik, bağırsaq spazmları və qaz kimi problemləri aradan qaldırır. Bu sadə idman növü zehni fəaliyyəti və ağciyərin fəaliyyətini gücləndirir, yuxunu normallaşdırır və yaşlanma prosesini zəiflədir.



Sürətli gəzişlə məşğul olduğunuz zaman yüngül paltar və rahat ayaqqabı geyinin. Hansı idmanı etməyinizdən asılı olmayaraq başlanğıcda isinmə və sonda dartınma hərəkətlərini etməyi unutmayın. Beləliklə, əzələ qıcolması və ağrıların qarşısını almış olacaqsınız.



Gəzişə aşağı sürətlə başlamaq, tədricən sürəti artırmaq və sonda yenidən aşağı sürətlə bitirmək lazımdır. Artıq çəkidən qurtulmaq istəyənlər həftənin 4-5 günü (bir gün dincəlmək vacibdir) gündə ən azı 40 dəqiqə gəzməlidirlər. Gəzməyə boş mədə və ya çox yüngül yedikdən yarım saat sonra çıxmaq lazımdır. Yeriyərkən beli düz tutmaq vacibdir, çox böyük addımlar atmaq lazım deyil. Gəzərkən qarın əzələləri içəri salınmalıdır. Rutin yeriməyə bədən zamanla öyrəşir və reaksiya vermir. Ona görə də gəzişin müddətini və sürətini artırmaq lazımdır.



Qeyd

• Şəkərli diabet, yüksək təzyiq və digər xroniki xəstəliklərdən əziyyət çəkənlər sürətli gəzişlə məşğul olmaqdan əvvəl həkimlə məsləhətləşməlidir.



• Çox isti havada gəzmək olmaz.



• Ağır yeməkdən sonra sürətli gəzmək olmaz; ürək-damar və arterial təzyiq problemləriniz varsa, aşağı sürətlə gəzin.



• Arıqlamaq üçün sürətli gəzərkən bədəni sarımaq olmaz.



• Gəzişdən əvvəl və sonra su içmək lazımdır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!