Arıqladan ayran resepti

Arıqladan ayran resepti
Dieta - Fitnes
10.09.2017 32
Arıqlamaq istəyirsinizsə, yayda qazlı sular və meyvə şirələrindən uzaq durmalısınız. Bütün diyetoloqlar yay aylarında həm sərinləmək, həm də kökəlmənin qarşısını almaq üçün ayran içməyi təklif edirlər.



Çünki ayran həm orqanizmi toksinlərdən təmizləyir, həm də kökəlməyə qoymur. Ayranın tərkibində toxluq hissi verən maddələr olduğu üçün uzun müddət acmağa qoymur. Bir növ detoks funksiyasını yerinə yetirir. Üstəlik, yay depressiyasını aradan qaldırır.



Bazar ertəsi sindromu yaşayırsınızsa, yuxusuzluq probleminiz varsa, göz altı qaralar sizi narahat edirsə, hətta qan azlığınız varsa, ayran için. Çünki bu xəstəliklərin əsasında B və B12 Vitamin çatışmazlığı dayanır. Ayran, B və B12 vitaminləri ilə zəngin olduğundan, bu məsələdə çox təsirlidir. Üstəlik, bağırsaqların nizamlı işini təmin edir. Əgər həzm sisteminizdə problem varsa, ayranın müalicəvi təsiri olduğunu unutmayın və gündə mütləq1 stəkan için.



Tərkibi:

2 qaşıq az yağlı qatıq

1 stəkan su

2 budaq  şəklində şüyüd

1 çay qaşığı nanə

2 budaq cəfəri

1 ədəd doğranmış xiyar



Hazırlanması:

Bütün ərzaqları blenderin içinə atıb qarışdırın. Hazır olduqdan sonra içinə buz  əlavə edib için.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!