Su pəhrizi nədir?

Su pəhrizi nədir?
Dieta - Fitnes
10.09.2017 20
Yalnız su və ət suyundan ibarət olan su pəhrizi ən çox bir neçə gün müddətində və həkim nəzarəti ilə saxlana bilər. Bir günlük su pəhrizi proqramına və su pəhrizi haqqında sizi maraqlandıran suallara bu məqalədə cavab tapacaqsınız.

Su pəhrizinin tərkib, su, ət suyu, jele kimi qidalardan ibarətdir. Bunlar asan həzm olunduğu üçün həzm sistemində qalıqlar buraxmır. Bu pəhrizi saxlamağınız üçün əvvəlcə həkimlə məsləhətləşməyiniz vacibdir. Bəzi həkimlər bu pəhrizi əhəmiyyətli bir əməliyyat qabağı saxlanan pəhriz kimi məsləhət görür. Mayo Clinicin sağlam qidalanma və pəhriz mütəxəssisləri hazırladıqları su pəhrizi mərhələsində quru heç bir qida yeməməyinizi vacib bilir.

Su pəhrizi nə üçündür?

Su pəhrizi kolonoskopiya kimi əməliyyatlar öncəsi lazım olduğu kimi, ənənəvi həzm problemlərində, qusma, ishal kimi narahatçılıq vaxtı qısa müddətli bir pəhriz olaraq məsləhət görülür.

Su pəhrizinin tərkibində nələr var?

Su pəhrizi kifayət qədər mayeni qəbul etməyinizə,  natrium və kalium elektrolitlerini çoxaldaraq enerji qazanmağınıza kömək edir. Pəhriz vaxtı bu qidaları qəbul edə bilərsiniz:



Su(təbii su və ya qazlı su)

Meyvə suyu  (dənəsiz alma yaxud da yaşıl üzüm suyu)

Karbohidratlı sular(kola, kök şirəsi)

Südsüz, kremsiz çay ya qəhvə.

Pomidor və digər tərəvəz suları.

Idmançı mayeləri.

Yağsız ət suyu.

Bal və şəkər.

Dondurulmuş meyvə suları.

Bir günlük su pəhrizi proqramı.



Səhər yeməyi:

Bir st tumsuz, qabıqsız alma suyu. 

Bir fincan jele.

Bir fincan südsüz, kremsiz çay və ya qəhvə.

Istəyə görə bal və şəkər.

Ara pay

Bir st meyvə suyu.

Bir fincan jele.



Günorta yemeyi

1bardaq qabıqsız meyvə suyu

1 st su

1 bardaq ət suyu

1 fincan jele

1 günlük su pəhrizi proqramı:



Ara pay

1 ədəd fısdıqsız, südsüz, meyvəli dondurma

1 fincan südsüz, kremsiz çay və ya qəhvə

Istəyə görə bal və ya şəkər



Axşam yeməyi

1 st qabıqsız meyvə suyu

1 fincan ət suyu

1 fincan jele

1 fincan südsüz, kremsiz çay və ya qəhvə

Istəyə görə bal və şəkər



Su pəhrizinin nəticələri.

Bu pəhrizi bir neçə gündən artıq, və həkim nəzarəti olmadan qətiyyən saxlamaq olmaz. Şəkər xəstələrinə su pəhrizi məsləhət deyildir. Pəhriz bir neçə gün içinə vücudunuzun yüngülləşməsinə, həzm və bağırsaq sisteminizin təmizlənməsinə fayda verir. Adətən ağır əməliyyatlardan qabaq və sonra istifadə olunan bu pəhriz qısa vaxt ərzində qarnınızdakı şişkinliyi aradan qaldıracaqdır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!