1 aya 12 kg arıqlayın - pəhriz

1 aya 12 kg arıqlayın - pəhriz
Dieta - Fitnes
10.09.2017 53
Gün boyu 3 əsas, 2 qəlyanaltıdan ibarət olan bu pəhriz çox uğurlu nəticələr ortaya qoyur. İki uşaq anası olmasına rəğmən, formasını qoruyan Denise Riçardsın əməl etdiyi bu pəhriz bir ayda 12 kilo arıqlamanıza kömək edəcək.



15 gün ərzində yağsız proteinlər, tərəvəzlər, fındıq, az yağlı pendir, süd məhsulları və yumurta yeyəcəksiz.



1 ayda 12 kilo arıqlamanıza kömək edən pəhriz proqramını təqdim edirik.



Səhər

150 ml tərəvəz suyu kokteyli

Təzə ədviyyat və göbələklə hazırlanmış qayğanaq

2 dilim təzə vetçina

Kofeinsiz qəhvə və ya çay



Günortadan əvvəl

Bir tikə az yağlı pendir



Günorta

Alma sirkəsi və süzmə zeytun yağlı kahı salatı

Dilim - dilim sobada bişirilmiş toyuq filesi



Qəlyanaltı

1 ədəd xiyarın üzərinə az yağlı inək pendiri sürtüb yeyin



Axşam

Buxarda bişirilmiş brokoli və gül kələmi

Qızardılmış pomidorla qızardılmış bifşteks



İkinci həftə

Səhər 1 kasa meyvəli qatıq



Günortadan əvvəl

1 pors pendir



Günorta

Toyuq salatı ( limonlu, zeytun yağlı və pomidor, xiyarlı )

Qəlyanaltı 1 pors meyvə



Axşam

Qızardılmış ət

Qaynamış tərəvəz

1 kasa yağsız qatıq



Tərəvəz kokteylinin resepti:

30 qr xiyar

30 qr kərəvəz

2 yaşıl kahı yarpağı

1 orta boy soğan

5-6 ədəd içi bibərli yaşlı zeytun

1 pomidor

1 çay qaşığı sirkə

Duz, istiot

1 çay qaşığı zeytun yağı



Hazırlanması:

Tərəvəzləri yuyun və iri-iri doğrayın. Qaynar duzlu suya batırıb çıxarın və soyuq suyun altına tutun. Kokteyl qabına tərəvəzləri qoyun. Halqa-halqa doğranmış soğan və zeytunları əlavə edin. Üzərinə 1 çay qaşığı ketçup gəzdirin. Bir digər qabda yağ, sirkə, duz və istiotu qarışdırıb salatın üzərinə gəzdirin.



15 günlük müddətdə qırmız ət, balıq, bol miqdarda tərəvəz, yumurta, pendir, fındıq yeyin. Dəniz məhsulları, toyuq, hinduşkanı normal porslarda yeyin. Salatlarınızın üzərinə zeytun yağı da əlavə edin. Axşam yeməyindən sonra şirniyyat yeyə bilərsiz.



Bol su için.

Ciyər, qabırğa, qanad, yağlı ətlər, bud, krem pendir, pəncər, kök, düyü, kartof, yer alması, alma, şaftalı, armud, qreypfrut kimi meyvələr ilk həftə boyunca qadağandır. Çörək, plov, makaron, yulaf və keks kimi nişasta və karbohidratlı yeməklərdən uzaq durun. İlk iki həftə sonunda alma, armud, şaftalı kimi meyvələri gündə bir ədəd yeyin və səhər yeməyinə 1 dilim taxıl çörəyi də qata bilərsiniz.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!