Pendirli monopəhriz...

Pendirli monopəhriz...
Dieta - Fitnes
10.09.2017 19
Çox sevdiyimiz,dadlı və xeyirli bir məhsulu yeməklə, gündə - 1 kq arıqlamaq mümkündür. Bu pəhriz əsasən, pendirin bütün növlərini sevən insanlar üçün çox uyğun sayılır.



Pendir pəhrizi, zülal pəhrizlərinin bir növüdür. Hər pendirin tərkib hissəsini  30% - i zülallar, 45%- i yağlar, bundan əlavə, kalsiy, kaliy, fosfor və maqnininmineral duzlarından ibarətdir.  Pendirin tərkibində həmçinin,  A, B2, B3, C və E vitaminləri vardır. Pendirin tərkibində olan zülal, orqanizmi triptofan, lizin, metionin kimi amin turşuları ilə təmin edir. Onlar isə orqanizm üçün qurucu material rolunu oynayırlar.



Bu məhsulun tərkibində olan südlü yağ, əsas enerji  mənbəyi  olaraq, maddələr mübadiləsində iştirak edir. Fosfor, maqniy, kalsiy kimi mineral duzlar isə, sümükləri bərkidir.



Monopəhrizin məqsədi...

Bu pəhrizin qida rasionuna, pendir, çörək, qazsız mineral su və yaşıl çay daxildir. Sərt pəhriz sayılmağına baxmayaraq, pendirin kalorili məhsul  olduğundan, aclıq hissi çox müşahidə olunmur. Pəhriz 2 günlük nəzərədə tutulur. Bu pəhrizi ayda 1 dəfə etmək məsləhət görülür. 1 gün ərzində - 1 kq  çəki azaltma imkanı yaradır.



Monopəhrizin resepti:

- Pendir (az yağlı - 250-300 qr)

- 3 dilim çovdar çörəyi

- Qazsız su və yaşıl çay (gün ərzində 2 lt içilməlidir)



Bu məhsulları 5 hissəlik ayırmaq lazımdır. Həmçinin unutmayın ki, su aclıq hissini öldürür.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!