“Körpücük” hərəkətini hər gün etmək üçün 5 səbəb

“Körpücük” hərəkətini hər gün etmək üçün 5 səbəb
Dieta - Fitnes
10.09.2017 13
Möhkəm və elastik ombaya sahib olmağın çox böyük üstünlükləri vardır.

Belə ombalarda bikini və cins şalvarlar çox gözəl görünür, həmçinin güclü ombalar idman həyatında da önəmli rol oynayaraq bir çox zədələnmələrin qarşısını alır. Omba əzələlərini bərkitməyin ən yaxşı və etibarlı üsullarından biri isə "körpücük” adlanan idman hərəkətdir.

Bu hərəkəti gündəlik idman məşqlərinizə əlavə etməyin 5 əsas səbəbi vardır:



1. Dizlərdə və kürəkdə ağrıların azalması

Çox zaman insanlar ayaqların arxa hissəsinin əzələlərinin (omba əzələləri və dizaltı vətər) vəziyyətinə laqeyd yanaşırlar.  Elə bilirlər ki, gündəlik fəaliyyət və ya yüksək intensivli məqşlər bu problemi nəzarətdə saxlayır. Belə hallar adətən İT işçilərində müşahidə olunur, onlarda tez-tez kürəkdə və dizlərdə ağrılar meydana gəlir, belə ki bir əzələnin üzərinə çox ağırlıq düşməsi zədələnmələrə gətirib çıxarır. Ancaq "körpücük” hərəkəti ayaqların arxa hissəsinin əzələlərini hərəkətə gətirir ki, bu da əzələlərinin fəaliyyətində ağırlıq balansını tənzimləyir.



2. İdman nəticələrinin yaxşılaşması

Söhbət fiziki qabiliyyətdən getdikdə güclü ombalar əsas faktor hesab olunur. İdman hərəkətləri zamanı məhz güc yardımçı funksiyası daşıyır. Ombaların möhkəmləndirilməsi sizə daha sürətli qaçmağa və tullanmağa imkan verəcək.



3. Geyim üzərinizdə daha yaxşı görünəcək

Güclü, elastik və yumru ombalar istənilən vəziyyətdə hər zaman mükəmməl görünür. Həmçinin ombalar nə qədər güclü olsa, onlar bir o qədər gözəl formada olacaq. "Körpücük” (əsasən müəyyən ağırlıqla) sizə gözəl nəticəyə nail olmağa imkan verəcək.



4. Qarın əzələlərinin möhkəmləndirilməsi

Bu hərəkət bütün qarın əzələlərini hərəkətə gətirərək qarın bölgəsinin düzləşməsinə, pressin əmələ gəlməsinə və bədənin qum saatı formasını almasına imkan yaradır. "Körpücük” hərəkətinin istənilən variantının edilməsi əzələləri sərtləşdirir və onları sadəcə bir hərəkətin köməyilə fəaliyyət göstərməyə vadar edir.



5. Qamətin yaxşılaşması

"Körpücük” hərəkəti uzun zaman oturaq və ya ayaqüstdə vəziyyətdə olduqda qaməti düzgün saxlamağa kömək edən omba əzələlərini və kürəyin düzləşdirici əzələlərini dartır. Bu hərəkət həmçinin qamətin düzgün olmasına təsir edən qarın əzələlərini də gücləndirir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!