Rəngarəng pəhriz...

Rəngarəng pəhriz...
Dieta - Fitnes
10.09.2017 26
Bu pəhriz sizi istədiyiniz qədər arıqladacaq. Eyni zamanda da orqanizminizi vitaminlərlə təmin edəcək.



Pəhriz sobada bişmiş meyvə və tərəvəzlərdən ibarətdir. Sobanın istisi
tərkibi olduğu kimi saxlayır. Ona görə də pəhrizin inqrediyentləri
bədəni həm xəstəliklərdən qoruyur, həm də piyləri «əridir».



• Orta ölçüdə, cürbəcür rəngdə 2-3 ədəd müxtəlif tərəvəzi yuyub,
qurulayıb, bıçaqla 1-2 yerdən deşib, əvvəlcədən isidilmiş sobada bişir.



• Tərəvəzlər qabıqlı bişməlidir.



• Tərəvəzlər isti halda yeyilməlidir.



• Ən çox arıqladan tərəvəz badımcandır. O, özünə çoxlu yağ hopdurduğu
üçün köhnə piyləri əridir. Ona görə də pəhrizdə daha çox badımcan, bibər
və pomidor istifadə etsən, gözqabağında «əriyəcəksən».



• Pəhriz zamanı ət əvəzinə balıq yemək çox xeyirlidir.



• Əgər şirniyyat yemək istəyirsənsə, meyvələri sobaya eyni qaydada
yerləşdirib, üzərinə darçın səp. Desert isti və soyuq halda yeyilə
bilər.



• Gün ərzində ancaq adi su iç. Bu, bütün mədə-bağırsağı, dəridəki civzələri təmizləyər, dərini nəmləndirər.



• Çəkini normada saxlamaq üçün rasionuna sarı və narıncı rəngli
bitkiləri daxil et. Onlar orqanizmi həm də stresdən uzaqlaşdırır.



• Qırmızı tərəvəzlər insanı kökəldir. Ona görə də sarı və narıncı
bitkiləri qırmızılarla birgə yemək olmaz. Onlar yaşıl bitkilərlə
yeyilməlidir.



• Çəkini azaltmaq istəyirsənsə, seçimini yaşıl bitkilərdə saxla.



• Bənövşəyi rəngli tərəvəzləri ayda bir dəfə yemək lazımdır. Onların çox qəbulu orqanizmə ziyandır.



• Pəhriz zamanı kartofdan az istifadə et.
 
KARTOF C, PP, B vitamini ilə boldur. Onun tərkibində fosfor, yod,
natrium, maqnezium, sink, bor, kobalt, nikel, kalsium, dəmir var. Amma
unutma ki, üzərində yaşıl ləkələr olan kartof solanin əmələ gətirir, bu
da xərçəng yaradır.
 
ÇUĞUNDUR hər cür onkoloji şişləri müalicə edir. Çuğundur yemək qastriti
olan insanlara ziyandır. Hamilə və klimaks dövrü keçirən qadınlara bu
bitkidən hər gün yemək məsləhətdir. Çuğundur trombları əridib, yüksək
təzyiqi tənzimləyir, yaraları sağaldır. Çuğundur yeyəndən sonra sidik
tünd - çəhrayı rəngdə olursa, demək, orqanizmdə problem var. Açıq
çəhrayı rəng isə normal orqanizmdən xəbər verir.
 
BALQABAQ qaraciyəri təmizləyir, böyrək və bağırsaq sistemini tənzimləyir. Qastrit xəstələrinə ziyandır.
 
KÖK yaraları, ürək-damar sisteminin məlhəmidir, dişləri bərkidir xolesterini və yeməkdən sonra mədədəki ağırlığı azaldır.
 
Sobada bişmiş tərəvəzlərlə bərabər KƏLƏM şirəsi içmək super -arıqladıcı
effekt verir. Kələmin üzərinə qaynar su töküb, bir neçə dəqiqədən sonra
yemək mədə xorasını sağaldır, bakteriyaları öldürür. 
 
BİBƏR antibakterial təsir göstərib, təbii aspirin xarakteri daşıyır.
 
BADIMCAN ürəyin dərmanıdır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!