Pəhrizdə edilən səhvlər

Pəhrizdə edilən səhvlər
Dieta - Fitnes
10.09.2017 16
Xanımlar pəhriz zamanı bir çox səhvlərə yol verir. 
 
Dietoloqlar deyir ki...
 
Diametri 24 sm. olan boşqab arıqlamaq istəyən insanlara yaramır. Elə ona görə də xörəyi kiçik boşqablarda yeyin.
 
Ac qalmaqla özünü həlak etmə. Pəhriz zamanı gündəlik rasiona 30
vitamin və 15 mineral daxil olmalıdır. Təbii ki, bunlar da meyvə -
tərəvəzlərin tərkibində olur.



İşlədici dərmanlarla arıqlayırsansa...
Bir müddət sonra orqanizm bu cür dərmanlara öyrəşəcək və qəbizlik
yaranacaq. İşlədici dərman orqanizmdən nəinki qidanı, həm də faydalı
mikroelementləri, vitaminləri, zülalları çıxararaq, ürəyin, qaraciyərin
və böyrəklərin funksiyasını zəiflədir.
 
Sauna və masajla arıqlayacağına ümid edirsənsə...
Bu proses ilk növbədə ürəyə, sonra isə dəriyə ziyandır. Sauna
dərinin təbii yağını qurudur. Masaj isə piyləri dəri altında maye halına
salır, amma onları orqanizmdən xaric etmək artıq sənin öhdənə düşür.
Demək, pəhriz saxlamaq lazımdır. Sauna və masaj sadəcə, dərini
toksinlərdən təmizləyib, artıq suları çıxarır.
 
Sidikqovucu dərmanlarla artıq çəki atacaqsansa...
Böyrəklərin funksiyasını məhv edir.
 
İştahöldürücü dərmanlar qəbul etmək...
Beyinin iştah nöqtələrinə təsir edir. Bir müddət ac qalan mədə öz
şirəsinin təsirindən deşilir. Bu dərmanlar insana həm də psixoloji
təsir edib, xroniki depressiya və halsızlıq yaradır. Aclıqdan əsəblər
sıradan çıxır. Nahaq əziyyət çəkmə. Onsuz da dərmanları tərgitdikdən
sonra yenə də kökələcəksən.
 
"Piy yandıran" dərmanlarla arıqlamaq...
A, E və D vitaminləri bilavasitə piylə əlaqəli olduğu üçün bu cür
dərmanlar vitaminləri orqanizmdən sovurur. Ona görə də bir müddət sonra
dişlər qaralır, çürüyür, saçlar tökülür və dəri quruyub, çatlayır.скачать dle 11.3
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!